Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda Vətən müharibəsi şəhidi Kamran Fikrət oğlu Tağıyevin ildönümü və Qələndər Nofəl oğlu Alıyevin doğum günü münasibətilə anım mərasimləri keçirildi

31 oktyabr 2026 | 12:41
31 oktyabr 2026-cı il tarixdə Sabunçu rayonunda Vətən müharibəsi şəhidləri Tağıyev Kamran Fikrət oğlunun ildönümü və Alıyev Qələndər Nofəl oğlunun doğum günü münasibətilə anım mərasimləri keçirildi.
Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısı Aparatının Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini - Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun müdiri Fəqan Əlizadə, Sabunçu Rayon İcra Hakimiyyəti başçısı Aparatının Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsi - Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun məsləhətçisi Natiq Rəsulov, Yeni Azərbaycan Partiyasının Sabunçu rayon təşkilatının sədr müavini Zülfüqar Cəfərov, Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Maştağa qəsəbəsi üzrə nümayəndəsi Elvin Şiriyev, Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Sabunçu qəsəbəsi üzrə nümayəndəsi Elvin Fərzəliyev, Sabunçu bələdiyyəsinin sədri Əlfəddin Həsənov, Maştağa bələdiyyəsinin sədri Anar Adıgözəlov, şəhidlərin ailə üzvləri, şəhid ailələri və qəsəbə sakinləri iştirak etmişdir.       
Tağıyev Kamran Fikrət oğlu 27.09.2001-ci ildə Bakı şəhərində anadan olmuşdur. 2017-ci ildə Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən 108 nömrəli tam orta məktəbin 9-cu sinfini bitirmişdir. 2019-cu ilin oktyabr ayında həqiqi hərbi xidmətə çağrılmışdır. Vətən müharibəsi başlayanda xidmət etdiyi hərbi hissədən könüllü müharibəyə qatılmış, Tərtər istiqamətində gedən döyüşlərdə iştirak etmişdir. 30.10.2020-ci ildə Tərtər rayonu istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. 31.10.2020-ci ildə Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən “Şəhidlər Xiyabanı”nda dəfn olunmuşdur.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Suqovuşanın azad olunmasına görə”  medalları ilə təltif olunmuşdur.
Alıyev Qələndər Nofəl oğlu 31.10.2001-ci ildə Bakı şəhərində anadan olmuşdur. 15 sentyabr 2008-ci ildə Sabunçu rayonunda yerləşən 170 saylı tam orta məktəbin 1-ci sinfinə getmişdir. Məktəbdə oxuduğu dövrdə kikboksinq idman növü ilə məşğul olmuşdur. Lokomativ İdman və Sağlamlıq mərkəzində keçirilən idman yarışlarında 1-ci yerə layiq görülmüşdür. 2020-ci ildə hərbi xidmətə çağırılmış, Vətən müharibəsinin ilk günlərində döyüşlərdə iştirak etmişdir. Suqovuşan -Tərtər istiqamətində gedən döyüşlərdə iştirak etmiş, 7 oktyabr 2020-ci ildə qəhrəmancasına şəhid olmuşdur. 28 noyabr 2020-ci ildə Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən “Şəhidlər Xiyabanı”nda dəfn olmuşdur.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni,  “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.
Keçidlər