Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda Vətən müharibəsi şəhidi Nəsirov Əfqan Ramil oğlunun anım mərasimi keçirildi

29 mart 2022 | 16:39

29 mart 2022-ci ildə Mərkəzi Zabitlər evində Vətən müharibəsi şəhidi Nəsirov Əfqan Ramil oğlunun doğum günü münasibətilə anım mərasimi keçirildi. Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Fəqan Əlizadə, Yeni Azərbaycan Partiyasının Sabunçu rayon təşkilatının sədr müavini Zülfüqar Cəfərov, Sabunçu Rayon İcra Hakimiyyəti Başçısının Zabrat qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Elvin Şiriyev, Zabrat bələdiyyəsinin sədri Nailə Nəsirova, şəhidin ailə üzvləri, döyüş yoldaşları və qəsəbə sakinləri  iştirak etmişdir.
Nəsirov Əfqan Ramil oğlu 29.03.2001-ci ildə Sabunçu rayonu, Zabrat  qəsəbəsində anadan olmuşdur.
2018 ildə Sabunçu rayonu, Zabrat  qəsəbəsində yerləşən 71 saylı tam orta məktəb bitirmişdir.
2019-cu ilin yiul ayında həqiqi hərbi xidmətə çağrılmışdır.
Vətən müharibəsi başlayanda xidmət etdiyi hərbi hissədən könüllü müharibəyə qatılmış, Füzuli istiqamətində gedən döyüşlərdə iştirak etmişdir.
  20.10.2020-ci ildə Hadrut istiqamətində gedən döyüşdə qəhrəmancasına şəhid olmuşdur.
21.10.2020-ci ildə Sabunçu rayonu, Zabrat qəsəbəsi “Şəhidlər Xiyabanı”nda dəfn olunmuşdur.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda” , “Cəsur döyüşçü”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub.

Keçidlər