Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda Vətən müharibəsi şəhidi Novruzov Rəşad Elşad oğlunun ad günü münasibətilə anım mərasimi keçirildi

03 aprel 2022 | 11:03
03 aprel 2022-ci ildə Maştağa qəsəbəsində yerləşən 128 №-li məktəbdə şəhid Novruzov Rəşadın anım mərasimi keçirildi. Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Fəqan Əlizadə, Yeni Azərbaycan Partiyasının Sabunçu rayon təşkilatının sədr müavini Zülfüqar Cəfərov, şəhidin ailə üzvləri, təhsil aldığı 215 №-li və 128 №-li məktəbin müəllim və şagird kollektivi iştirak etmişdir.
Novruzov Rəşad Elşad oğlu. 03.04.2002-ci ildə Sabunçu rayonu, Maştağa qəsəbəsində anadan olmuşdur.
2012-ci ildə Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən 255 saylı tam orta məktəbi bitirmişdir.
2020-ci ilin aprel ayında  könüllü olaraq xüsusi təyinatlı dəstəyə yazılmış, Füzuli, Qubadlı, Zəngilan, Kəlbəcər, Laçın uğrunda gedən döyüşlərdə iştirak etmişdir.
08.11.2020-ci ildə Laçın rayon istiqamətində gedən döyüşlərdə qəhramancasına şəhid omuşdur.
16.11.2020-ci ildə Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən “Şəhidlər Xiyabanı”nda dəfn olunmuşdur.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni, “Vətən uğrunda” və “Cəsur döyüşçü” medalları ilə təltif olunub.
Keçidlər