Sabunçu rayonunda Vətən müharibəsi şəhidi Rəşad Elşad oğlu Novruzovun ildönümü münasibətilə anım mərasimi keçirildi
16 noyabr 2026 | 12:29
16 Noyabr 2026-cı il tarixdə Sabunçu rayonunda Vətən müharibəsi şəhidi Novruzov Rəşad Elşad oğlunun ildönümü münasibətilə anım mərasimi keçirildi.
Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Maştağa qəsəbəsi üzrə nümayəndəsi Elvin Şiriyev, Maştağa bələdiyyəsinin sədri Anar Adıgözəlov, Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Maştağa qəsəbəsi inzibati ərazi dairəsi üzrə baş məsləhətçi-ev təsərrüfatlarının uçotu işinin aparıcısı Ramin Ağazadə, Maştağa bələdiyyəsinin sədr müavini Ağazakir Abdullayev, şəhidin ailə üzvləri və qəsəbə sakinləri iştirak etmişdir.
Novruzov Rəşad Elşad oğlu 03.04.2002-ci ildə Sabunçu rayonu, Maştağa qəsəbəsində anadan olmuşdur. 2012-ci ildə Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən 255 saylı tam orta məktəbi bitirmişdir. 2020-ci ilin aprel ayında könüllü olaraq xüsusi təyinatlı dəstəyə yazılmış, Füzuli, Qubadlı, Zəngilan, Kəlbəcər, Laçın uğrunda gedən döyüşlərdə iştirak etmişdir. 08.11.2020-ci ildə Laçın rayon istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid omuşdur. 16.11.2020-ci ildə Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən “Şəhidlər Xiyabanı”nda dəfn olunmuşdur.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni, “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.

















