Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda Vətən müharibəsi şəhidi Rəşad Rəhimovun doğum günü münasibətilə anım mərasimi keçirilib

16 iyul 2026 | 11:45
16 iyul 2026-cı il tarixdə Sabunçu rayonunda Vətən müharibəsi şəhidi Rəhimov Rəşad İlqar oğlunun doğum günü münasibətilə xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib.
Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısı Aparatının Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini – müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun müdiri Fəqan Əlizadə, Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Zabrat qəsəbəsi üzrə nümayəndəsi Həmid Qalayev, Zabrat bələdiyyəsinin sədri Nailə Nəsirova, şəhidin ailə üzvləri və qəsəbə sakinləri iştirak ediblər.
Rəhimov Rəşad İlqar oğlu 16.07.1985-ci il tarixdə Tərtər şəhərində anadan olub. 1991-ci ildə Yevlax şəhərinin Qoyunbinəsi kənd orta məktəbinin I sinfinə qəbul olunub, 2002-ci ildə həmin məktəbi bitirib. 2006-cı ildə Azərbaycan Beynəlxalq Universitetinin hüquqşünaslıq fakültəsini bitirib. Daha sonra 3 aylıq zabit hazırlığı kursunu keçərək hərbi xidmətə yollanıb.
Vətən müharibəsi başlayanda könüllü olaraq döyüşlərə qatılıb. Tağım komandiri kimi Qubadlı, Zəngilan və Şuşa şəhərlərinin azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib. 09.11.2020-ci il tarixdə qəhrəmancasına şəhid olub. 22.11.2020-ci il tarixdə II Fəxri xiyabanda yerləşən Hərbi Memorial Kompleksində dəfn olunub.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni, "Vətən uğrunda", "İgidliyə görə", "Qubadlının azad olunmasına görə", "Füzulinin azad olunmasına görə""Şuşanın azad olunmasına görə" medalları ilə təltif olunub.
Şəhid Rəşad Rəhimov ailəli idi. İki övladı Vətənə əmanət qalıb.
Keçidlər