Sabunçu rayonunda Vətən müharibəsi şəhidi Saleh Namiq oğlu Əliyevin doğum günü münasibətilə anım mərasimi keçirildi.
18 avqust 2026 | 17:36
18 Avqust 2026-cı il tarixdə Sabunçu rayonunda Vətən müharibəsi şəhidi Əliyev Saleh Namiq oğlunun doğum günü münasibətilə xatirəsinə həsr olunmuş anım mərasimi keçirildi.Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısı Aparatının Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini - müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun müdiri Fəqan Əlizadə, Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Zabrat qəsəbəsi üzrə nümayəndəsi Həmid Qalayev, Zabrat bələdiyyəsinin sədri Nailə Nəsirova, şəhidin ailə üzvləri və qəsəbə sakinləri iştirak etmişdir.Əliyev Saleh Namiq oğlu 1992-ci il avqustun 18-də Sabunçu rayonunun Zabrat qəsəbəsində anadan olmuşdur. Azərbaycan Ordusunun əsgəri olan Saleh Əliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayıl və Füzuli rayonunun azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Əliyev Saleh Namiq oğlu 2020-ci il oktyabrın 15-də Füzuli döyüşləri zamanı şəhid olub. 2020-ci il oktyabrın 16-da Zabrat qəsəbəsi “Şəhidlər Xiyabanı”nda dəfn olunmuşdur.Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə ölümündən sonra 3–cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub.














