Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda Vətən müharibəsi şəhidi Şalıyev Ceyhun Nüsrət oğlunun ad günü münasibətilə anım mərasimi keçirildi

20 may 2023 | 11:12
   20 May 2023-cü il tarixdə Sabunçu rayonu, Bakıxanov qəsəbəsində Vətən müharibəsi şəhidi Şalıyev Ceyhun Nüsrət oğlunun ad günü münasibətilə anım mərasimi keçirildi.
Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin böyük məsləhətçisi Fəqan Dünyamalıyev, Sabunçu    Rayon İcra Hakimiyyəti başçısının Bakıxanov qəsəbəsi üzrə nümayəndəsi Həmid Qalayev, Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Bakıxanov qəsəbəsi üzrə nümayəndəsinin müavini Rahim Budaqov, şəhidin ailə üzvləri, qəsəbə sakinləri iştirak etmişdir.
  Şalıyev Ceyhun Nüsrət oğlu 20.05.1994-ci ildə Gəncə şəhərində anadan olmuşdur. Orta təhsilini Rusiya Federasiyasının Voronej şəhərində almağa başlamışdır. 2009-ci ildən Bakıxanov qəsəbəsində yerləşən 94 №-li tam orta məktəbin 10-cu sinfinə qəbul olunmuş və 2011-ci ildə məktəbi bitirmişdir. 2011-ci ildə Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (hazırda Dövlət İmtahan Mərkəzi) tərəfindən ali təhsil müəssisələrinə qəbulla əlaqədar keçirilmiş imtahanda 600 bal yığaraq Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə qəbul olunmuşdur. 2015-ci ildə Ali təhsilini başa vuraraq həqiqi hərbi xidmətə getmişdir. Hərbi xidmət dövründə “Aprel döyüşləri”nin iştirakçısı olmuşdur. Həqiqi hərbi xidməti başa vurduqdan sonra 06.11.2017-ci il tarixindən 18.12.2019-cu il tarixinədək “Star Consulting Group” MMC-də, 19.12.2019-cu il tarixindən 01.10.2020-ci il tarixinədək  “Azercell Telekom” MMC-də Bakı Əlaqə Mərkəz qrupunun təmsilçisi vəzifəsində işləmişdir.
Vətən müharibəsinin ilk günlərindən döyüş əməliyyatlarında iştirak etmişdir.
30.09.2020-ci ildə Füzuli rayon istiqamətində gedən döyüşdə qəhrəmancasına şəhid olmuşdur.
01.10.2020-ci ildə Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən “Şəhidlər Xiyabanı”nda dəfn olunmuşdur.
Göstərdiyi şücaətlərə görə Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə III dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, Xocavəndin azad olunmasına görə”, medalları ilə təltif olunmuşdur.
         
       
Keçidlər