Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda Vətən müharibəsi şəhidi Səttarov Emin Ramil oğlunun ad günü münasibətilə anım mərasimi keçirildi

25 may 2023 | 11:11

25 May 2023-cü il tarixdə Sabunçu rayonu, Bakıxanov qəsəbəsində Vətən müharibəsi şəhidi Səttarov Emin Ramil oğlunun ad günü münasibətilə anım mərasimi keçirildi.

Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Fəqan Əlizadə, Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Bakıxanov qəsəbəsi üzrə nümayəndəsi Həmid Qalayev, Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Bakıxanov qəsəbəsi üzrə nümayəndəsinin müavini Rahim Budaqov, şəhidin ailə üzvləri, qəsəbə sakinləri iştirak etmişdir.

Səttarov Emin Ramil oğlu 25.05.2001-ci ildə Bakı şəhəri, Sabunçu rayonunda anadan olmuşdur. 2018-ci ildə Sabunçu rayon, Pirşağı qəsəbəsində yerləşən 10 nömrəli Sanatoriya tipli İnternat məktəbini bitirmişdir. 08.07.2020-ci ildə həqiqi hərbi xidmətə çağırılmışdır. Vətən müharibəsi zamanı xidmət etdiyi hərbi hissədən könüllü müharibəyə qatılmış, Füzuli, Xocavənd, Qubadlı istiqamətində istiqamətində gedən döyüş əməliyyatlarında iştirak etmişdir. 24.10.2020-ci ildə Qubadlı rayon istiqamətində gedən döyüşdə qəhrəmancasına şəhid olmuşdur. 26.10.2020-ci ildə Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən “Şəhidlər Xiyabanı”nda dəfn olunmuşdur.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub.

Keçidlər