Sabunçu rayonunda Vətən müharibəsi şəhidi Sübhan Səbuhi oğlu Məmmədlinin doğum günü münasibətilə anım mərasimi keçirildi.
12 avqust 2026 | 14:41
12 Avqust 2026-cı il tarixdə Sabunçu rayonunda Vətən müharibəsi şəhidi Məmmədli Sübhan Səbuhi oğlunun doğum günü münasibətilə xatirəsinə həsr olunmuş anım mərasimi keçirildi.Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısı Aparatının Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini - müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun müdiri Fəqan Əlizadə, Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Ramana qəsəbəsi üzrə nümayəndəsi Rauf Həsənov, Yeni Azərbaycan Partiyasının Sabunçu rayon təşkilatının sədr müavini Zülfüqar Cəfərov və şəhidin ailə üzvləri iştirak etmişdir.Məmmədli Sübhan Səbuhi oğlu 1994-cü il avqustun 12-də Kəngərli rayonunun Xıncab kəndində anadan olmuşdur. 2000–2009-cu illərdə Xıncab tam orta məktəbində, 2009–2012-ci illərdə Heydər Əliyev adına Hərbi Liseydə təhsil alıb. 2012–2016-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində ali hərbi təhsil alıb. Sübhan Məmmədli 2016-cı ildə Leytenant rütbəsi alaraq ordu sıralarına daxil olmuşdur. Xidmətə Bərdə şəhər N saylı hərbi hissədə başlamışdır. 2017-ci il ildə Tərtər rayonu istiqamətində ön xəttə xidmət etmiş və Goranboy rayon Ballı Qaya N saylı hərbi hissəsinə bölük komandiri vəzifəsinə göndərilmişdir. 2018-ci ildən xidmətini Bakı şəhər N saylı hərbi hissəsində bölük komandiri vəzifəsində davam etdirmişdir. 2019-cu il 26 iyunda baş leytenant rütbəsinə yüksəlmişdir. 2020-ci il 27 sentyabrda başlanan Vətən müharibəsində, cəbhənin ön xəttinə yollanaraq döyüşlər zamanı qəhrəmanlıq göstərmişdir. Düşmənin keçilməz hesab edilən bir neçə postunu elə keçirmişdir. 2020-ci il oktyabrın 7-də Füzuli rayonu ərazisində, yaxınlığına atılan mərmi qəlpəsi nəticəsində qəhramancasına şəhid olmuşdur. Hərbi Memorial Məzarlıqda dəfn olunmuşdur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə ölümündən sonra 3-cü dərəcəli “Rəşadət” ordeni, “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.














