Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda Vətən müharibəsi şəhidi Türkman Yolçu oğlu Məmmədovun ildönümü münasibətilə anım mərasimi keçirildi

01 noyabr 2026 | 12:10
1 Noyabr 2026-cı il tarixdə Sabunçu rayonunda Vətən müharibəsi şəhidi Məmmədov Türkman Yolçu oğlunun ildönümü münasibətilə anım mərasimi keçirildi.
Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısı Aparatının Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini - Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun müdiri Fəqan Əlizadə, Sabunçu bələdiyyəsinin sədri Əlfəddin Həsənov, şəhidin ailə üzvləri və qəsəbə sakinləri iştirak etmişdir.  
Məmmədov Türkman Yolçu oğlu 28.09.1998-ci ildə Gədəbəy rayonu, Şınıx mahalı Hacılar kəndində anadan olmuşdur. 2000-ci ildən etibarən Türkman ailəsi ilə birgə Sabunçu rayonu, Sabunçu qəsəbəsində yaşamağa başlamışdır. İlk Təhsilini 22 saylı Cəbrayıl rayonunun Sabunçu rayonunda yerləşən qaçqın məktəbində almışdır. Daha sonra təhsilini Bakıxanov qəsəbəsində yerləşən 17 saylı Texniki peşə məktəbində davam etdirmişdir. Oranı əla qiymətlərlə bitirib Gədəbəy rayonu hərbi səfərbərlik idarəsindən hərbi xidmətə çağırılmış" N" saylı hərbi hissədə xidmət etmişdir. Vətən müharibəsində Füzuli istiqamətində gedən döyüşlərdə iştirak edən Türkman Məmmədov oktyabrın 27-də qəhrəmancasına şəhid olmuşdur. 1 noyabr 2020-ci ildə Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən “Şəhidlər Xiyabanı”nda dəfn olunmuşdur.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə”  ordeni, “Vətən Uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.
Keçidlər