Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda Vətən müharibəsi şəhidi Ülvi Şirin oğlu Hacıyevin doğum günü münasibətilə anım mərasimi keçirildi

13 noyabr 2026 | 11:17
13 Noyabr 2026-cı il tarixdə Sabunçu rayonunda Vətən müharibəsi şəhidi Hacıyev Ülvi Şirin oğlunun doğum günü münasibətilə xatirəsinə həsr olunmuş anım mərasimi keçirildi.
Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısı Aparatının Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini - Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun müdiri Fəqan Əlizadə, Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Bakıxanov qəsəbəsi üzrə nümayəndəsi Məhəmməd Əsədov, şəhidin ailə üzvləri və döyüş yoldaşları iştirak etmişdir.
Hacıyev Ülvi Şirin oğlu 13.11.1994-cü ildə Bakı şəhərində anadan olmuşdur. 2012-ci ildə Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində yerləşən 141 nömrəli tam orta məktəbi bitirmişdir. 2016-cı ildə Azərbaycanda Dövlət İqtisad Universitetini və 2018-ci ildə həmin universitetin  magistratura pilləsini bitirmişdir. Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsinin inspektor vəzifəsində işləyirdi. Vətən müharibəsi başlayan kimi könüllü ordu sıralarına yazılmış, Füzuli Xocavənd, Cəbrayıl istiqamətində gedən döyüşlərdə iştirak etmişdir. 19.10.2020-ci ildə Xocavənd rayonu istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. 06.12.2020-ci ildə Hərbi Memorial Məzarlıqda dəfn olunmuşdur.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.
Keçidlər