Sabunçu rayonunda Vətən müharibəsi şəhidi Xudiyev Samir Səməd oğlunun ikinci ildönümü mərasimi qeyd olundu
05 Avqust 2023-cü il tarixdə Sabunçu rayonu, Ramana qəsəbəsində şəhid Xudiyev Samir Səməd oğlunun ildönümü münasibətilə anım mərasimi keçirildi.
Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısının I müavini Güloğlan Məmmədov, Sabunçu Rayon İcra Hakimiyyəti başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Fəqan Əlizadə, Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Ramana qəsəbəsi üzrə nümayəndəsi Zülfüqar Mirzəliyev, Ramana bələdiyyəsinin sədri Turqay Qəribov, Yeni Azərbaycan Partiyasının Sabunçu rayon təşkilatının sədr müavini Zülfüqar Cəfərov, şəhidin ailə üzvləri, döyüş yoldaşları, qəsəbə sakinləri iştirak etmişdir.
Samir Xudiyev 18.07.2003-cü ildə Sabunçu rayonu, Ramana qəsəbəsində anadan olmuşdur. 2021-ci ildə həqiqi hərbi xidmətə çağırılmışdır. 5 Avqust 2022-ci il tarixdə Laçın rayonunda çətin relyefli ərazidə xidməti döyüş tapşırığını yerinə yetirərkən sıldırım qayalıqlardan qopan qaya parçası Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu Samir Xudiyevin üzərinə düşməsi nəticəsində şəhid olmuşdur.
06.08.2022-ci ildə Sabunçu rayonu, Ramana qəsəbəsində yerləşən “Şəhidlər Xiyabanı”nda dəfn olunmuşdur.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə ölümündən sonra III dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunmuşdur.