Sabunçu rayonunda Vətən müharibəsi şəhidləri Ceyhun Nüsrət oğlu Şalıyevin, Tural Şakir oğlu Abdullayevin, Elçin Fərhad oğlu Bağırovun, Nazim Həmzə oğlu Zahirovun ildönümləri və Tural Rəfail oğlu Dəmirçiyevin doğum günü münasibətilə anım mərasimləri keçirildi
01 oktyabr 2026 | 15:01
1 Oktyabr 2026-cı il tarixdə Sabunçu rayonunda Vətən müharibəsi şəhidləri Şalıyev Ceyhun Nüsrət oğlu, Abdullayev Tural Şakir oğlu, Bağırov Elçin Fərhad oğlu, Zahirov Nazim Həmzə oğlunun ildönümləri və Dəmirçiyev Tural Rəfail oğlunun doğum günü münasibətilə anım mərasimləri keçirildi.
Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısı Aparatının Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini-Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun müdiri Fəqan Əlizadə, Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Ramana qəsəbəsi üzrə nümayəndəsi Rauf Həsənov, Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Bakıxanov qəsəbəsi üzrə nümayəndəsi Məhəmməd Əsədov, Bakıxanov bələdiyyəsinin sədri Ruhin Orucov, Ramana bələdiyyəsinin sədri Çingiz Məmmədov, Yeni Azərbaycan Partiyası Sabunçu rayon təşkilat aparatının məsləhətçisi Altun İbrahimov, Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Bilgəh qəsəbəsi inzibati ərazi dairəsi üzrə baş məsləhətçi-ev təsərrüfatlarının uçotu işinin aparıcısı Murad Cənnətov, Bakıxanov bələdiyyəsinin sədr müavini Vüsal Əzizzadə, şəhidlərin ailə üzvləri və qəsəbə sakinləri iştirak etmişdir.
Dəmirçiyev Tural Rəfail oğlu 01.10.1992-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1999-cu ildə Sabunçu rayonu Yeni Ramana qəsəbəsində yerləşən 90 saylı orta məktəbin 1-ci sinfinə getmişdir. Məktəbi əla qiymətlərlə bitirdikdən sonra 2010-cu ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin "Menecment" fakültəsinə qəbul olmuşdur. Universiteti bitirdikdən sonra Tərtər rayonu "N” saylı hərbi hissədə xidmət etmişdir. T.Dəmirçiyev Tərtər rayonunda ön cəbhədə xidmətini layiqincə yerinə yetirmiş 2015-ci ildə tərxis olunmuşdur. T.Dəmirçiyev sentyabrın 21-də könüllü olaraq hərbi səfərbərliyə cəlb olunan könüllülərdən biri idi. Vətən müharibəsinin ilk günündən torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən qızğın döyüşlərin iştirakçısı olub. Oktyabrın 1-də 28 yaşını döyüş bölgəsində qarşılayan Tural cəsarəti və mərdliyi ilə əsgər yoldaşlarının hörmətini qazanmışdı. 5 oktyabr 2020-ci ildə Füzuli rayonu istiqamətində əks-hücum əməliyyatında qəhrəmanlıq göstərən Tural Dəmirçiyev qəlpə yarası alaraq qəhrəmancasına şəhid olmuşdur. 7 oktyabr 2020-ci ildə Bakıxanov qəsəbəsində yerləşən “Şəhidlər Xiyabanı”nda dəfn olunmuşdur.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.
Şalıyev Ceyhun Nüsrət oğlu 20.05.1994-ci ildə Gəncə şəhərində anadan olmuşdur. Orta təhsilini Rusiya Federasiyasının Voronej şəhərində almağa başlamışdır. 2009-ci ildən Bakıxanov qəsəbəsində yerləşən 94 №-li tam orta məktəbin 10-cu sinfinə qəbul olunmuş və 2011-ci ildə məktəbi bitirmişdir. 2011-ci ildə 600 bal yığaraq Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə qəbul olunmuşdur. 2015-ci ildə Ali təhsilini başa vuraraq həqiqi hərbi xidmətə getmişdir. Hərbi xidmət dövründə “Aprel döyüşləri”nin iştirakçısı olmuşdur. Həqiqi hərbi xidməti başa vurduqdan sonra 06.11.2017-ci il tarixindən 18.12.2019-cu il tarixinədək “Star Consulting Group” MMC-də, 19.12.2019-cu il tarixindən 01.10.2020-ci il tarixinədək “Azercell Telekom” MMC-də Bakı Əlaqə Mərkəz qrupunun təmsilçisi vəzifəsində işləmişdir. Vətən müharibəsinin ilk günlərindən döyüş əməliyyatlarında iştirak etmişdir. 01.10.2020-ci ildə Füzuli rayon istiqamətində gedən döyüşdə qəhrəmancasına şəhid olmuşdur. Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən “Şəhidlər Xiyabanı”nda dəfn olunmuşdur.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.
Abdullayev Tural Şakir oğlu 26.02.1990-cı ildə Laçın rayonunun Ərikli kəndində anadan olub. Doğulduğu ildən 1992-ci ilə qədər Abdullayevlər ailəsi Laçın şəhərində yaşamışdır. Tural Abdullayev 2008-2010-cu illərdə Xüsusi Təyinatlı Qüvvələrin Salyan rayonunda yerləşən "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub. 2011-ci ildən isə Daxili Qoşunların sıralarında xidmət etmişdir. Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının baş çavuşu olan Tural Abdullayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə iştirak etmişdir. Tural Abdullayev sentyabrın 30-da Murovdağ döyüşləri zamanı qəhrəmancasına şəhid olub. Binə qəsəbəsində yerləşən Şəhidlər Xiyabanında dəfn olunmuşdur.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə ölümündən sonra “Qarabağ” ordeni, “Vətən uğrunda” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.
Bağırov Elçin Fərhad oğlu 27.04.1989-cu ildə Ağdam rayonunun Sarıhacılı kəndində dünyaya gəlmişdur. O, 2007-2009-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. Daha sonra isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq xidmət edib. Azərbaycan Ordusunun kiçik çavuş olan Elçin Bağırov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə, həmçinin Talış qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Elçin Bağırov oktyabrın 1-də Talış istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Uzun müddət sonra nəşi tapılaraq 20.12.2020-ci ildə Hərbi Memorial Məzarlıqda dəfn olunmuşdur.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.
Zahirov Nazim Həmzə oğlu 25.06.2001-ci ildə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində anadan olmuşdur. 2018-ci ildə Sabunçu rayonu Bakıxanov qəsəbəsində yerləşən 310 saylı tam orta məktəbi bitirmişdir. 2019-cu ildə Dövlət Dəmir Yol litseyini bitirmişdir. 2019-cu ilin iyul ayında həqiqi hərbi xidmətə çağrılmışdır. Vətən müharibəsi başlayanda xidmət etdiyi hərbi hissədən könüllü müharibəyə qatılmış, Talış-Suqovuşan istiqamətində gedən döyüşlərdə iştirak etmişdir. 1 oktyabr 2020-ci ildə Talış-Suqovuşan uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. 29 noyabr 2020-ci ildə Sabunçu rayonu, Ramana qəsəbəsində yerləşən “Şəhidlər Xiyabanı”nda dəfn olunmuşdur.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.

















