Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda Vətən müharibəsi şəhidləri Əkbər Hüseynov və Əli Seyidovun doğum günləri münasibətilə anım mərasimi keçirilib

11 iyul 2026 | 11:35
11 iyul 2026-cı il tarixdə Sabunçu rayonunda Vətən müharibəsi şəhidləri Hüseynov Əkbər Bahadur oğlu və Seyidov Əli Rahin oğlunun doğum günləri münasibətilə xatirələrinə həsr olunmuş anım mərasimi keçirilib.
Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısı Aparatının Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini – müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun müdiri Fəqan Əlizadə, Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Bakıxanov qəsəbəsi üzrə nümayəndəsi Məhəmməd Əsədov, şəhidlərin ailə üzvləri və qəsəbə sakinləri iştirak ediblər.
Hüseynov Əkbər Bahadur oğlu 11.07.2001-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində anadan olub. 2018-ci ildə Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən 252 nömrəli tam orta məktəbi bitirib. 15.07.2019-cu il tarixdə həqiqi hərbi xidmətə çağırılıb. Vətən müharibəsi zamanı xidmət etdiyi hərbi hissədən könüllü olaraq döyüşlərə qatılıb, Tərtər istiqamətində gedən döyüşlərdə iştirak edib. 29.09.2020-ci il tarixdə Tərtər rayonunun Talış kəndi istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. 30.09.2020-ci il tarixdə Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən Şəhidlər xiyabanında dəfn olunub. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni, "Vətən uğrunda", "Cəsur döyüşçü""Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif olunub.
Seyidov Əli Rahin oğlu 11.07.1999-cu il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində anadan olub. 2017-ci ildə Sabunçu rayonu, Ramana qəsəbəsində yerləşən 90 nömrəli tam orta məktəbi bitirib. Uşaqlıq illərindən idmanla məşğul olan Əli müxtəlif yarışlarda 15 qızıl, 6 gümüş və 3 bürünc medal qazanıb. 2018-ci ilin yanvar ayında həqiqi hərbi xidmətə çağırılıb. 2019-cu ildə həqiqi hərbi xidmətini başa vurduqdan sonra Xüsusi Təyinatlı Qüvvələrdə kəşfiyyatçı çavuş kimi müddətdən artıq həqiqi hərbi xidmətə başlayıb. Vətən müharibəsi zamanı Tərtər və Suqovuşan istiqamətlərində gedən döyüşlərdə iştirak edib. 09.10.2020-ci il tarixdə Tərtər istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. 10.10.2020-ci il tarixdə Suraxanı rayonu, Bülbülə qəsəbəsində yerləşən Şəhidlər xiyabanında dəfn olunub. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni, "Vətən uğrunda", "Suqovuşanın azad olunmasına görə", "Ağdamın azad olunmasına görə""Cəsur döyüşçü" medalları ilə təltif olunub.
Keçidlər