Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda Vətən müharibəsi şəhidləri Əli Vaqif oğlu Heydərovun, Qüdrət Rahim oğlu Adişovun və Həsənağa Şakir oğlu Abdullazadənin ildönümləri münasibətilə anım mərasimləri keçirildi

02 oktyabr 2026 | 14:07
2 Oktyabr 2026-cı il tarixdə Sabunçu rayonunda Vətən müharibəsi şəhidləri Heydərov Əli Vaqif oğlu, Adişov Qüdrət Rahim oğlu və Abdullazadə Həsənağa Şakir oğlunun ildönümləri münasibətilə anım mərasimləri keçirildi.
Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini, Sosial-iqtisadi, memarlıq-tikinti məsələləri və rayon təsərrüfatı şöbəsinin müdiri Ramil Əliyev, Sabunçu Rayon İcra Hakimiyyəti başçısı Aparatının Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini-Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun müdiri Fəqan Əlizadə, Sabunçu Rayon İcra Hakimiyyəti başçısı Aparatının Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsi - Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun məsləhətçisi Natiq Rəsulov, Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Zabrat qəsəbəsi üzrə nümayəndəsi Həmid Qalayev, Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Nardaran qəsəbəsi üzrə nümayəndəsi Zülfüqar Mirzəliyev, Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Pirşağı qəsəbəsi üzrə nümayəndəsi Sədai Vəlibəyli, Zabrat bələdiyyəsinin sədri Nailə Nəsirova, Maştağa bələdiyyəsinin sədri Anar Adıgözəlov, Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Zabrat qəsəbəsi inzibati ərazi dairəsi üzrə baş məsləhətçi-ev təsərrüfatlarının uçotu işinin aparıcısı Vahid Kərimov, Zabrat bələdiyyəsinin sədr müavini Hikmət Alıyev, şəhidlərin ailə üzvləri, şəhid ailələri və qəsəbə sakinləri iştirak etmişdir.
Heydərov Əli Vaqif oğlu 09.02.2002-ci ildə Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunda anadan olmuşdur. 2018-ci ildə Bakı şəhəri, Binəqədi rayonunda yerləşən 135 nömrəli tam orta məktəbi bitirmişdir. 2020-ci ilin iyul ayında həqiqi hərbi xidmətə çağrılmışdır. Vətən müharibəsi başlayanda xidmət etdiyi hərbi hissədən könüllü müharibəyə qatılmış, Füzuli istiqamətində gedən döyüşlərdə iştirak etmişdir. 03.10.2020-ci ildə Füzuli istiqamətində gedən döyüşdə qəhrəmancasına şəhid olmuşdur. 03.10.2020-ci ildə Sabunçu rayonu, Pirşağı qəsəbəsində yerləşən “Şəhidlər Xiyabanı”nda dəfn olunmuşdur.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.
Adişov Qüdrət Rahim oğlu 26.07.1998-ci ildə Yardımlı rayonunun Ostayır kəndində anadan olmuşdur. Sonra ailəsi ilə birlikdə Sabunçu rayonu, Zabrat qəsəbəsində məskunlaşmışdır. Orta məktəbi bitirdikdən sonra 2016-ci ildə Bakı Biznes Universitetinin İqtisadiyyat fakultəsinə daxil olmuşdur. Universiteti bitirdikdən sonra həqiqi hərbi xidmətə yollanmışdır. Azərbaycan Ordusunun əsgəri olan Qüdrət Adişov 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında 28 sentyabr 2020-ci ildə qəhrəmancasına şəhid olmuşdur. 2 oktyabr 2020-ci ildə Sabunçu rayonu, Zabrat qəsəbəsində yerləşən “Şəhidlər Xiyabanı”nda dəfn olunmuşdur.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda”, “İgidliyə görə”, “Xocavəndin azad olunmasına görə”, Suqovuşanın azad olunmasına görə” və “Ağdamın azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.
Abdullazadə Həsənağa Şakir oğlu 09.03.1993-cü ildə Lənkəran şəhərində anadan olmuşdur. 1999-2007-ci illərdə R.Bədəlov adına 9 saylı Lənkəran şəhər orta məktəbində, 2007-2010-cu illərdə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil almışdır. Ali hərbi təhsilini 2010-2014-cü illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində almışdır. Ali məktəbi leytenant hərbi rütbəsi ilə bitirmişdir. 2014-2015-ci illərdə Silahlı Qüvvələrin Təlim-Tədris Mərkəzində iştirak etdiyi zabit təkmilləşdirmə kursunu uğurla başa vurmuşdur. 2017-ci ildən baş-leytenant hərbi rütbəsi ilə xidmətini davam etdirmişdir. Azərbaycan Silahlı Qüvvələrinin baş-leytenantı olan H.Abdullazadə 27 sentyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə iştirak edib, daha sonra Ağdərə və Kəlbəcər istiqamətində döyüş əməliyyatlarında iştirak etmişdir. 2 oktyabr 2020-ci ildə Kəlbəcər istiqamətində hakim yüksəkliyin ələ keçirilməsi zamanı qəhrəmancasına şəhid olmuşdur. Nəşi uzun müddət tapılmamışdır. Nəhayət 14 yanvar 2021-ci ildə nəşi tapılaraq Hərbi Memorial Məzarlıqda dəfn olunmuşdur.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə ölümündən sonra 3-cü dərəcəli “Rəşadət” ordeni, “Vətən uğrunda” və Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunub.
Keçidlər