Sabunçu rayonunda Vətən müharibəsi şəhidləri Emil Rafiq oğlu Şamilovun və İbrahim Ağagül oğlu Mahmudovun ildönümləri münasibətilə anım mərasimləri keçirildi
27 oktyabr 2026 | 13:00
27 oktyabr 2026-cı il tarixdə Sabunçu rayonunda Vətən müharibəsi şəhidləri Şamilov Emil Rafiq oğlu və Mahmudov İbrahim Ağagül oğlunun ildönümləri münasibətilə anım mərasimləri keçirildi.
Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısı Aparatının Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini - Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun müdiri Fəqan Əlizadə, Yeni Azərbaycan Partiyası Sabunçu rayon təşkilat aparatının məsləhətçisi Altun İbrahimov, Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Maştağa qəsəbəsi üzrə nümayəndəsi Elvin Şiriyev, Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Ramana qəsəbəsi üzrə nümayəndəsi Rauf Həsənov, Maştağa bələdiyyəsinin sədri Anar Adıgözəlov, Ramana bələdiyyəsinin sədri Asif Zeynalov, şəhidlərin ailə üzvləri, şəhid ailələri və qəsəbə sakinləri iştirak etmişdir.
Şamilov Emil Rafiq oğlu 03.07.1996-cı ildə Bakı şəhərində anadan olmuşdur. 2009-cu ildə Sabunçu rayonu, Ramana qəsəbəsində yerləşən 296 saylı tam orta məktəbi bitirmişdir. 2009-cu ildə Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən 12 saylı Bakı Peşə məktəbinə daxil olmuşdur. 2012-ci ildə həqiqi hərbi xidmətə çağırılmışdır. 2007-ci ildən professional “Oyama Kyokuşin Kontak Karate” idman növü ilə məşğul olmuşdur. 12 qat Respublika çempionu, 1 qat Avropa çempionu, Dünya kubokunun sahibi, Zakafkaziya çempionu, 70-dən çox beynəlxalq turnirlərin qalibi, 3-cü dan Qara kəmər sahibi, Sensey adına layiq görülmüşdür. Vətən müharibəsi başlayan kimi könüllü olaraq ordu sıralarına yazılmış, Xüsusi Təyinatlı Qoşun növündə döyüşlərdə iştirak etmişdir. 26.10.2020-ci ildə Xocavənd istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. 27.10.2020-ci ildə Sabunçu rayonu, Ramana qəsəbəsində yerləşən “Şəhidlər Xiyabanı”nda dəfn olunmuşdur.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni, “Hərbi xidmətlərə görə”, “Vətən uğrunda” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.
Mahmudov İbrahim Ağagül oğlu 23.11.1998-ci ildə Bakı şəhərində anadan olmuşdur. 2005-2014-cü illərdə 108 №-li tam orta məktəbdə təhsil almışdır. Vətən müharibəsi başlayan kimi ordu sıralarına yazılmış, döyüş əməliyyatlarında iştirak etmişdir. 26.10.2020-ci ildə Hadrut istiqamətində gedən döyüşlərdə qəhramancasına şəhid olmuşdur. 27.10.2020-ci ildə Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən “Şəhidlər Xiyabanı”nda dəfn olunmuşdur.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə ölümündən sonra 3–cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.

















