Sabunçu rayonunda Vətən müharibəsi şəhidləri Emin Ramin oğlu Səttarovun, Ağacavad Ələsgər oğlu Mütəllimzadənin ildönümləri və Azər Haqverdi oğlu Süleymanovun doğum günü münasibətilə anım mərasimləri keçirildi
26 oktyabr 2026 | 12:30
26 oktyabr 2026-cı il tarixdə Sabunçu rayonunda Vətən müharibəsi şəhidləri Səttarov Emin Ramin oğlu, Mütəllimzadə Ağacavad Ələsgər oğlunun ildönümləri və Süleymanov Azər Haqverdi oğlunun doğum günü münasibətilə anım mərasimləri keçirildi.
Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısı Aparatının Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini - Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun müdiri Fəqan Əlizadə, Yeni Azərbaycan Partiyasının Sabunçu rayon təşkilatının sədr müavini Zülfüqar Cəfərov, Yeni Azərbaycan Partiyası Sabunçu rayon təşkilat aparatının məsləhətçisi Altun İbrahimov, Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Maştağa qəsəbəsi üzrə nümayəndəsi Elvin Şiriyev, Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Bakıxanov qəsəbəsi üzrə nümayəndəsi Məhəmməd Əsədov, Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Ramana qəsəbəsi üzrə nümayəndəsi Rauf Həsənov, Maştağa bələdiyyəsinin sədri Anar Adıgözəlov, Bakıxanov bələdiyyəsinin sədri Ruhin Orucov, Ramana bələdiyyəsinin sədri Asif Zeynalov, Bakıxanov bələdiyyəsinin sədr müavini Vüsal Əzizzadə, şəhidlərin ailə üzvləri, şəhid ailələri və qəsəbə sakinləri iştirak etmişdir.
Səttarov Emin Ramin oğlu 25.05.2001-ci ildə Bakı şəhərində anadan olmuşdur. 2008-ci ildə Sabunçu rayon, Pirşağı qəsəbəsi 10 nömrəli Sanatoriya tipli İnternat məktəbinin 1-ci sinfinə qəbul olub. 2017-ci ildə Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinə qəbul olmuşdur. 3 il mərkəzdə təhsil aldıqdan sonra 22.06.2020-ci ildə Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Mərkəzini bitirmişdir. 08.07.2020-ci ildə həqiqi hərbi xidmətə çağırılmışdır. Vətən müharibəsi zamanı xidmət etdiyi hərbi hissədən könüllü müharibəyə qatılmış, Füzuli, Xocavənd, Qubadlı istiqamətində gedən döyüş əməliyyatlarında iştirak etmişdir. 24.10.2020-ci ildə Qubadlı rayon istiqamətində gedən döyüşdə qəhrəmancasına şəhid olmuşdur. 26.10.2020-ci ildə Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən “Şəhidlər Xiyabanı”nda dəfn olunmuşdur.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə ölümündən sonra 3–cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Füzulinin azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.
Mütəllimzadə Ağacavad Ələsgər oğlu 14.08.1997-ci ildə Bakı şəhərində anadan olmuşdur. Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən 108 nömrəli tam orta məktəbin 9-cu sinfini bitirmişdir. 2015-ci ildə həqiqi hərbi xidmətə çağırılmışdır.Vətən müharibəsi başlayan kimi könüllü ordu sıralarına yazılmış, Füzuli istiqamətində gedən döyüşlərdə iştirak etmişdir. Füzuli istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. 26.10.2020-ci ildə Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən “Şəhidlər Xiyabanı”nda dəfn olunmuşdur.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Xocavəndin azad olunmasına görə” və “Zəngilanın azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.
Süleymanov Azər Haqverdi oğlu 26.10.1982-ci ildə Sumqayıt şəhərində anadan olmuşdur. Azərbaycan Ordusunun hərbi qulluqçusu olan Azər Süleymanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Azər Süleymanov 12.10.2020-ci ildə Suqovuşan istiqamətində gedən döyüşdə qəhrəmancasına şəhid olmuşdur. Sabunçu rayonu, Ramana qəsəbəsində yerləşən “Şəhidlər Xiyabanı”nda dəfn olunmuşdur.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” və “Laçının azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.

















