Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda Vətən müharibəsi şəhidləri Fəxri Məmmədov və Sənan Məmmədovun doğum günləri münasibətilə anım mərasimi keçirildi

29 iyul 2026 | 11:38
27 iyul 2026-cı il tarixdə Sabunçu rayonunda Vətən müharibəsi şəhidləri Məmmədov Fəxri Habil oğlu və Məmmədov Sənan Tehran oğlunun doğum günləri münasibətilə xatirələrinə həsr olunmuş anım mərasimi keçirildi.
Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısı Aparatının Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini - müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun müdiri Fəqan Əlizadə, Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Sabunçu qəsəbəsi üzrə nümayəndəsi Elvin Fərzəliyev, şəhidin ailə üzvləri iştirak etmişdir.
Məmmədov Fəxri Habil oğlu 27.07.2000-ci ildə Bakı şəhərində anadan olmuşdur. İlk təhsilini 2007-ci ildə Bakı şəhəri Cəlal Məmmədyarov adına 155 nömrəli tam orta məktəbdə almışdır. 2016-cı ildə qəbul olduğu təhsil müəsisəsində kompüter mühəndisliyi ixtisası üzrə təhsil almışdır. Fəxri Məmmədov musiqi ilə məşğul olmuş, gitarada ifa etməyi bacarırdı. Azərbaycan Ordusunun əsgəri olan Fəxri Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın rayonunun azad edilməsi uğrunda gedən döyüşlərdə iştirak etmişdir. 27 sentyabr 2020-ci ildə Cəbrayıl rayonun Nüzgar kəndi uğrunda gedən döyüş əməliyyatlarında qəhrəmancasına şəhid olmuşdur. Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən Şəhidlər xiyabanında dəfn olunmuşdur.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni,  “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Cəbrayılın azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə”  medalları ilə təltif olunmuşdur.
Məmmədov Sənan Tehran oğlu 27.07.2002-ci ildə Göyçay rayonunun Çaxırlı kəndində anadan olmuşdur. Azərbaycan Ordusunun əsgəri olan Sənan Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Sənan Məmmədov 21 oktyabr 2020-ci ildə Xocavənd uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Şəhid Məmmədov Sənan Tehran oğlu Göyçay rayonunda dəfn olunmuşdur.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda”, və “Xocavəndin azad olunmasına görə medalları ilə təltif olunmuşdur.
Keçidlər