Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda Vətən müharibəsi şəhidləri Kamran Qurbanəli oğlu Kazımovun, Əliağa Eldəniz oğlu Məmmədovun və İntiqam Əlihüseyn oğlu Səfərovun ildönümləri münasibətilə anım mərasimləri keçirildi

06 oktyabr 2026 | 12:00
6 oktyabr 2026-cı il tarixdə Sabunçu rayonunda Vətən müharibəsi şəhidləri Kazımov Kamran Qurbanəli oğlu, Məmmədov Əliağa Eldəniz oğlu və Səfərov İntiqam Əlihüseyn oğlunun ildönümləri münasibətilə anım mərasimləri keçirildi.
Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısı Aparatının Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini - Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun müdiri Fəqan Əlizadə, Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Maştağa qəsəbəsi üzrə nümayəndəsi Elvin Şiriyev, Zabrat bələdiyyəsinin sədri Nailə Nəsirova, Zabrat bələdiyyəsinin sədr müavini Hikmət Alıyev, Maştağa bələdiyyəsinin sədr müavini Ağazakir Abdullayev, şəhidlərin ailə üzvləri və qəsəbə sakinləri iştirak etmişdir.
Kazımov Kamran Qurbanəli oğlu 07.12.1990-cı ildə Rusiya Federasiyasının Voloqda vilayətinin Vaşhi rayonunda anadan olmuşdur. 1992-ci ildən etibarən ailəsi ilə birlikdə Bakıda yaşamağa başlamışdır. 2012-2014-cü illərdə Daxili Qoşunların Ali Hərbi Məktəbində təhsil alıb və ona “Leytenant” rütbəsi verilmişdir. Vətən müharibəsində Daxili Qoşunların baş leytenantı olan K.Kazımov xüsusi qəhrəmanlıq göstərib və 5 oktyabrda Cəbrayıl döyüşləri zamanı qəhrəmancasına şəhid olmuşdur. 6 oktyabrda Hərbi Memorial Məzarlıqda dəfn olunmuşdur.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə ölümündən sonra “Qarabağ” ordeni, “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.
Məmmədov Əliağa Eldəniz oğlu 26.07.2001-ci ildə Sabunçu rayonu, Bakıxanov qəsəbəsində anadan olmuşdur. 2008-ci ildə Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən 80 nömrəli tam orta məktəbin 1-ci sinfinə getmiş, 2017-ci ildə tam orta təhsilini Sabunçu rayonu, Maştağa qəssəbəsində yerləşən  255 nömrəli tam orta məktəbdə başa vurmuşdur. 2018-ci ildə 5 nömrəli Bakı Peşə məktəbində peşə təhsili almışdır. 2019-cu ilin iyul ayında həqiqi hərbi xidmətə çağrılmışdır. Vətən müharibəsi zamanı xidmət etdiyi hərbi hissədən könüllü müharibəyə qatılmış, Tərtər istiqamətində gedən döyüşlərdə iştirak etmişdir. 06.10.2020-ci ildə Tərtər rayon istiqamətində gedən döyüşlərdə qəhramancasına şəhid olmuşdur. 07.10.2020-ci ildə Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən “Seyidlər” qəbristanlığında dəfn olunmuşdur.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə”  ordeni, “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.
Səfərov İntiqam Əlihüseyn oğlu 04.11.1998-ci ildə Rusiya Federasiyasının Saransk şəhərində anadan olmuşdur. Bakı şəhəri Maştağa qəsəbəsində yerləşən Ə.Vahid adına 293 № li tam orta məktəbdə təhsil almışdır. 2015-ci ildə ümumi orta təhsili başa vurub, həmin il 13 №-li Bakı Peşə Məktəbinə qəbul olub və 2016-cı ildə “Kompyuter operatoru” peşəsini müvəffəqiyyətlə bitirmişdir. 2020-ci ildə həqiqi hərbi xidmətə yola düşmüşdür. 27 Sentyabr 2020-ci il tarixində başlayan Vətən müharibəsində iştirak edib, Talış kəndi və Suqovuşan yaşayış məntəqəsinin azad edilməsi uğrunda mərdliklə döyüşmüşdür. 6 oktyabr 2020-ci il tarixində Talış kəndi və Suqovuşan yaşayış məntəqəsinin azad olunması uğrunda gedən döyüşlərdə qəhramancasına şəhid olmuşdur. Maştağa qəsəbəsində yerləşən “Şəhidlər Xiyabanı”nda dəfn olunmuşdur.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə”  ordeni, “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” və “Laçının azad olunmasına görə” medalları ilə təltif olunub.
Keçidlər