Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda Vətən müharibəsi şəhidləri Kazımov Kamran Qurbanəli oğlu, Məmmədov Əliağa Eldəniz oğlu və Səfərov İntiqam Əlihüseyn oğlunun ildönümü münasibətilə anım mərasimi keçirildi

06 oktyabr 2025 | 17:30
06 Oktyabr 2025-ci il tarixdə Sabunçu rayonunda Vətən müharibəsi şəhidləri Kazımov Kamran Qurbanəli oğlu, Məmmədov Əliağa Eldəniz oğlu və Səfərov İntiqam Əlihüseyn oğlunun ildönümü münasibətilə anım mərasimi keçirildi. Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Fəqan Əlizadə, Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Maştağa qəsəbəsi üzrə nümayəndəsi Elvin Şiriyev, Maştağa bələdiyyəsinin sədri Anar Adıgözəlov, Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Zabrat qəsəbəsi üzrə nümayəndəsi Zülfüqar Mirzəliyev, Zabrat bələdiyyəsinin sədri Nailə Nəsirova, şəhidlərin ailə üzvləri, məktəbin müəllim və şagird kollektivi və qəsəbə sakinləri iştirak etmişdir.
Kamran Kazımov 1990-cı il 7 dekabrda Rusiya Federasiyasının Vologda vilayətində anadan olmuşdur.1992-ci ildən etibarən ailəsi ilə birlikdə Bakıda yaşamağa başlamışdır.2012-2014-cü illərdə Daxili Qoşunların Ali Hərbi Məktəbində təhsil alıb və ona “Leytenant” rütbəsi verilmişdir. Vətən müharibəsində Daxili Qoşunların baş leytenantı olan K.Kazımov xüsusi qəhrəmanlıq göstərib və 5 oktyabrda Cəbrayıl döyüşləri zamanı qəhrəmancasına şəhid olmuşdur. 6 oktyabrda Hərbi Memorial Məzarlıqda (II “Şəhidlər Xiyabanı”) dəfn olunmuşdur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə ölümündən sonra “Qarabağ” ordeni, “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunub.
Məmmədov Əliağa Eldəniz oğlu 26.07.2001-ci ildə Sabunçu rayonu, Bakıxanov qəsəbəsində anadan olmuşdur. 2008-ci ildə Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən 80 nömrəli tam orta məktəbin 1-ci sinfinə getmiş, 2017-ci ildə tam orta təhsilini Sabunçu rayonu, Maştağa qəssəbəsində yerləşən  255 nömrəli tam orta məktəbdə başa vurmuşdur. 2018-ci ildə 5 nömrəli Bakı Peşə məktəbində peşə təhsili almışdır. 2019-cu ilin iyul ayında həqiqi hərbi xidmətə çağrılmışdır. Vətən müharibəsi zamanı xidmət etdiyi hərbi hissədən könüllü müharibəyə qatılmış, Tərtər istiqamətində gedən döyüşlərdə iştirak etmişdir. 06.10.2020-ci ildə Tərtər rayon istiqamətində gedən döyüşlərdə qəhramancasına şəhid olmuşdur. 07.10.2020-ci ildə Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən “Seyidlər” qəbristanlığında dəfn olunmuşdur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Suqovuşanın azad olunmasına görə”, medalları ilə təltif olunub.
Səfərov İntiqam Əlihüseyn oğlu 4 noyabr 1998-ci il Rusiya Federasiyasının Saransk şəhərində anadan olub. Bakı şəhəri Maştağa qəsəbəsində yerləşən Ə.Vahid adına 293 № li tam orta məktəbdə təhsil almışdır. 2015-ci ildə ümumi orta təhsili başa vurub, həmin il 13 №-li Bakı Peşə Məktəbinə qəbul olub və 2016-cı ildə “Kompyuter operatoru” peşəsini müvəffəqiyyətlə bitirmişdir. 2020-ci ildə həqiqi hərbi xidmətə yola düşmüşdür. 27 Sentyabr 2020-ci il tarixində başlayan Vətən müharibəsində iştirak edib, Talış kəndi və Suqovuşan yaşayış məntəqəsinin azad edilməsi uğrunda mərdliklə döyüşmüşdür. 6 oktyabr 2020-ci il tarixində Talış kəndi və Suqovuşan yaşayış məntəqəsinin azad olunması uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Şəhid Səfərov İntiqam Əlihüseyn oğlu Maştağa qəsəbəsində yerləşən “Şəhidlər Xiyabanı”nda dəfn edilib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə”, “Laçının azad olunmasına görə” medalları ilə təltif olunub.
 
 
Keçidlər