Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda Vətən müharibəsi şəhidləri Məmmədli Sübhan Səbuhi oğlu, Ələkbərov Telman İqdam oğlu, Bababəy Şamil Nazim oğlu, Səmədov Məhəmməd Niman oğlu, Dəmirçiyev Tural Rəfail oğlunun ildönümü münasibətilə anım mərasimləri keçirildi

07 oktyabr 2025 | 18:36
07 Oktyabr 2025-ci il tarixdə Sabunçu rayonunda Vətən müharibəsi şəhidləri Məmmədli Sübhan Səbuhi oğlu, Ələkbərov Telman İqdam oğlu, Bababəy Şamil Nazim oğlu, Səmədov Məhəmməd Niman oğlu, Dəmirçiyev Tural Rəfail oğlunun ildönümü münasibətilə anım mərasimləri keçirildi.
Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Fəqan Əlizadə, Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Bakıxanov qəsəbəsi üzrə nümayəndəsi Həmid Qalayev, Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Sabunçu qəsəbəsi üzrə nümayəndəsi Elvin Fərzəliyev, Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Pirşağı qəsəbəsi üzrə nümayəndəsi Sədai Vəlibəyli, Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Kürdəxanı qəsəbəsi üzrə nümayəndəsi Rahim Budaqov, Yeni Azərbaycan Partiyasının Sabunçu rayon təşkilatının sədr müavini Zülfüqar Cəfərov, şəhidlərin ailə üzvləri, qəsəbə sakinləri iştirak etmişdir.
Ələkbərov Telman İqdam oğlu 30.03.1991-ci ildə Bakı şəhərində anadan olmuşdur. Sabunçu rayonu, Sabunçu qəsəbəsində yerləşən 215 saylı tam orta məktəbdə və 2003-2008-ci illərdə Azərbaycan Respublikası Olimpiya İdman Liseyində təhsil almışdır. 2009-cu ildə həqiqi hərbi xidmətə çağırılmışdır. 2013-cü ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına  daxil olmuş və 2018-ci ildə bitirmişdir. 2019-cu ildə Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin ehtiyat zabit hazırlığı kursunda “motoatıcı taqım komandiri” ixtisası üzrə təlim keçmişdir. 2019-cu ilin yanvarında kursu bitirdikdən sonra leytenant rütbəsi alaraq taqım komandiri kimi Ağdam rayonunda yerləşən N saylı hərbi hissəsinin motoatıcı taboruna təyinat almışdır. Vətən müharibəsində müxtəlif döyüş bölgələrində iştirak etmiş, 07.10.2020-ci ildə Ağdam rayonu istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. 12.10.2020-ci ildə Hərbi Memorial Məzarlıqda  (“II Şəhidlər Xiyabanı”) dəfn olunmuşdur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə ölümündən sonra III dərəcəli “Rəşadət” ordeni, “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Ağdamın azad olunmasına görə” medalları ilə təltif olunub.
Sübhan Məmmədli 1994-cü il avqustun 12-də Kəngərli rayonunun Xıncab kəndində anadan olmuşdur. 2000–2009-cu illərdə Xıncab tam orta məktəbində, 2009–2012-ci illərdə Heydər Əliyev adına Hərbi Liseydə təhsil alıb. 2012–2016-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində ali hərbi təhsil alıb. Sübhan Məmmədli 2016-cı ildə Leytenant rütbəsi alaraq ordu sıralarına daxil olmuşdur. Xidmətə Bərdə şəhər N saylı hərbi hissədə başlamışdır. 2017-ci il ildə Tərtər rayonu istiqamətində ön xəttə xidmət etmiş və Goranboy rayon Ballı Qaya N saylı hərbi hissəsinə bölük komandiri vəzifəsinə göndərilmişdir. 2018-ci ildən xidmətini Bakı şəhər N saylı hərbi hissəsində bölük komandiri vəzifəsində davam etdirmişdir. 2019-cu il 26 iyunda baş leytenant rütbəsinə yüksəlmişdir. 2020-ci il 27 sentyabrda başlanan Vətən müharibəsində, cəbhənin ön xəttinə yollanaraq döyüşlər zamanı qəhrəmanlıq göstərmişdir. Düşmənin keçilməz hesab edilən bir neçə postunu elə keçirmişdir. 2020-ci il oktyabrın 7-də Füzuli rayonu ərazisində, yaxınlığına atılan mərmi qəlpəsi nəticəsində qəhramancasına şəhid olmuşdur. Hərbi Memorial Məzarlıqda (“II Şəhidlər Xiyabanı”) dəfn olunmuşdur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə ölümündən sonra  III dərəcəli “Rəşadət” ordeni, “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.
Azərbaycan Ordusunun baş leytenantı olan Şamil Bababəy 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşan və Ağdərə istiqamətində gedən döyüşlərdə iştirak etmişdir. Şamil Bababəy 7 oktyabrda Ağdərənin azadlığı uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. Hərbi Memorial Məzarlıqda (“II Şəhidlər Xiyabanı”) dəfn olunmuşdur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə ölümündən sonra  III dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.
Məhəmməd Səmədov 13.07.2001-ci il Sabunçu rayonu Pirşağı qəsəbəsində anadan olmuşdur. 2007-ci ildə Pirşağı qəsəbəsi 10 saylı İnternat məktəbində orta təhsilinə başlamış və həmin məktəbin 9-cu sinfini bitirmişdir. 2019-cu ilin İyun ayında həqiqi hərbi xidmətə çağırılmışdır. Hərbi xidmətdə olarkən könüllü olaraq döyüş bölgəsinə yollanmış, Füzuli istiqamətində gedən döyüşlərdə 06.10.2020-ci ildə qəhrəmancasına şəhidlik zirvəsinə ucalmışdır. Pirşağı qəsəbəsində yerləşən “Şəhidlər Xiyabanı”nda dəfn olunmuşdur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə ölümündən sonra  “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Cəsur döyüşçü” medalları ilə təltif olunub.
Tural Dəmirçiyev 1992-ci il oktyabrın 1-də Bakı şəhərində anadan olmuşdur. 1999-cu ildə Sabunçu rayonu Yeni Ramana qəsəbəsində yerləşən 90 saylı orta məktəbin 1-ci sinfinə getmişdir. Məktəbi əla qiymətlərlə bitirdikdən sonra 2010-cu ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin "Menecment" fakültəsinə qəbul olmuşdur. Universiteti bitirdikdən sonra Tərtər rayonu "N” saylı hərbi hissədə xidmət etmişdir. Tural, Tərtər rayonunda ön cəbhədə xidmətini layiqincə yerinə yetirmiş 2015-ci ildə tərxis olunmuşdur. Daha sonra 2017-ci ildə "SOCAR"-ın "Təhlükəsizlik idarəsinin" mühafizəçisi vəzifəsində çalışmağa başlamışdır.
Tural sentyabrın 21-də könüllü olaraq hərbi səfərbərliyə cəlb olunan könüllülərdən biri idi. Vətən müharibəsinin ilk günündən torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən qızğın döyüşlərin iştirakçısı olub. Oktyabrın 1-də 28 yaşını döyüş bölgəsində qarşılayan Tural cəsarəti və mərdliyi ilə əsgər yoldaşlarının hörmətini qazanmışdı. 5 oktyabr 2020-ci ildə Füzuli rayonu istiqamətində əks-hücum əməliyyatında qəhrəmanlıq göstərən Tural Dəmirçiyev qəlpə yarası alaraq Şəhidlik zirvəsinə yüksəlir. 7 oktyabr 2020-ci ildə Bakıxanov qəsəbəsində yerləşən “Şəhidlər Xiyabanı”nda dəfn olunmuşdur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.
Keçidlər