Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda Vətən müharibəsi şəhidləri Məmmədov Əliağa Eldəniz oğlu və Adışov Qüdrət Rahim oğlunun ad günü münasibətilə anım mərasimi keçirildi

26 iyul 2022 | 15:43
   26 iyul 2022-ci ildə Sabunçu rayonu, Maştağa qəsəbəsi və Zabrat qəsəbəsində Vətən müharibəsi şəhidləri Məmmədov Əliağa Eldəniz oğlu və Adışov Qüdrət Rahim oğlunun xatirəsinə həsr olunmuş anım mərasimi keçirildi. Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Fəqan Əlizadə, Yeni Azərbaycan Partiyasının Sabunçu rayon təşkilatının sədr müavini Zülfüqar Cəfərov, Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Maştağa qəsəbəsi üzrə nümayəndəsi Fərid Məmmədəliyev, Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Zabrat qəsəbəsi üzrə nümayəndəsi Elvin Şiriyev, şəhidin ailə üzvləri, qəsəbə sakinləri iştirak etmişdir.
   Məmmədov Əliağa Eldəniz oğlu. 26.07.2001-ci ildə Sabunçu rayonu, Bakıxanov qəsəbəsində anadan olmuşdur. 2008-ci ildə Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən 80 nömrəli tam orta məktəbin 1-ci sinifinə getmiş, 2017-ci ildə tam orta təhsilini Sabunçu rayonu, Maştağa qəssəbəsində yerləşən  255 nömrəli tam orta məktəbdə başa vurmuşdur. 2018-ci ildə 5 nömrəli Bakı Peşə məktəbində peşə təhsili almışdır. 2019-cu ilin iyul ayında həqiqi hərbi xidmətə çağrılmışdır.
  Vətən müharibəsi zamanı xidmət etdiyi hərbi hissədən könüllü müharibəyə qatılmış, Tərtər istiqamətində gedən döyüşlərdə iştirak etmişdir. 06.10.2020-ci ildə Tərtər rayon istiqamətində gedən döyüşlərdə qəhramancasına şəhid olmuşdur. 07.10.2020-ci ildə Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən “Seyidlər” qəbirstanlığında dəfn olunmuşdur.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü” medalları ilə təltif olunub.
  Adışov Qüdrət Rahim oğlu 26 iyul 1998-ci ildə Yardımlı rayonunun Ostayır kəndində anadan olmuşdur. Sonra ailəsi ilə birlikdə Sabunçu rayonu, Zabrat qəsəbəsində məskunlaşmışdır. Orta məktəbi bitirdikdən sonra 2016-ci ildə Bakı Biznes Universitetinin İqtisadiyyat fakultəsinə daxil olmuşdur. Universiteti bitirdikdən sonra həqiqi hərbi xidmətə yollanmışdır. Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında xüsusi qəhrəmanlıq göstərərək 28 sentyabr 2020-ci ildə şəhidlik zirvəsinə ucalmışdır. 2 oktyabr 2020-ci ildə Zabrat qəsəbəsi “Şəhidlər Xiyabanı”nda dəfn olunmuşdur.
   Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda”, “İgidliyə görə”, “Laçının azad olunmasına görə”, Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.
Keçidlər