Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda Vətən müharibəsi şəhidləri Müşviq Nəbi oğlu İbrahimovun və Taleh Musa oğlu Mehdiyevin ildönümləri münasibətilə anım mərasimləri keçirildi

08 oktyabr 2026 | 12:01
8 oktyabr 2026-cı il tarixdə Sabunçu rayonunda Vətən müharibəsi şəhidləri İbrahimov Müşviq Nəbi oğlu və Mehdiyev Taleh Musa oğlunun ildönümləri münasibətilə anım mərasimləri keçirildi.
Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısı Aparatının Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini - Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun müdiri Fəqan Əlizadə, Sabunçu Rayon İcra Hakimiyyəti başçısı Aparatının Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsi - Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun məsləhətçisi Natiq Rəsulov, Yeni Azərbaycan Partiyasının Sabunçu rayon təşkilatının sədr müavini Zülfüqar Cəfərov, Yeni Azərbaycan Partiyası Sabunçu rayon təşkilat aparatının məsləhətçisi Altun İbrahimov, Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Bakıxanov qəsəbəsi üzrə nümayəndəsi Məhəmməd Əsədov, Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Ramana qəsəbəsi üzrə nümayəndəsi Rauf Həsənov, Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Sabunçu qəsəbəsi üzrə nümayəndəsi Elvin Fərzəliyev, Bakıxanov bələdiyyəsinin sədri Ruhin Orucov, Sabunçu bələdiyyəsinin sədri Əlfəddin Həsənov, Bakıxanov bələdiyyəsinin sədr müavini Vüsal Əzizzadə, şəhidlərin ailə üzvləri, şəhid ailələri və qəsəbə sakinləri iştirak etmişdir.
İbrahimov Müşviq Nəbi oğlu 11.01.1995-ci ildə Bakı şəhəri, Sabunçu rayonu,  Bakıxanov qəsəbəsində anadan olmuşdur. Sabunçu rayonu, Balaxanı qəsəbəsində yerləşən 69 saylı tam orta məktəbi bitirmişdir. 2020-ci ilin yanvar ayında həqiqi hərbi xidmətə çağrılmışdır. Vətən müharibəsi başlayanda xidmət etdiyi hərbi hissədən könüllü müharibəyə qatılmış, Füzuli istiqamətində gedən döyüşlərdə iştirak etmişdir. Füzuli rayonu istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. 08.10.2020-ci ildə Bakıxanov qəsəbəsində yerləşən “Şəhidlər Xiyabanı”nda dəfn olunmuşdur.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “Döyüşdə fərqlənməyə görə” medalları ilə təltif olunmuşdur.
Mehdiyev Taleh Musa oğlu 28.10.2001-ci ildə Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsində anadan olmuşdur. 2017-ci ildə Sabunçu rayonu, Sabunçu qəsəbəsində yerləşən 170 nömrəli tam orta məktəbin 9-cu sinfini bitirmişdir. 2020-ci ilin may ayında həqiqi hərbi xidmətə çağrılmışdır. Vətən müharibəsi başlayanda xidmət etdiyi hərbi hissədən könüllü müharibəyə qatılmış, Suqovuşan uğrunda  gedən döyüşlərdə iştirak etmişdir. Tərtər istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. 08.10.2020-ci ildə Sabunçu rayonu, Ramana qəsəbəsində yerləşən “Şəhidlər Xiyabanı”nda dəfn olunmuşdur.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni,  “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif olunmuşdur.
Keçidlər