Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda Vətən müharibəsi şəhidləri Nağıyev Murad Mayıl oğlu və Heydərov Əli Vaqif oğlunun ad günü münasibətilə anım mərasimləri keçirildi

09 fevral 2023 | 11:51
   09 Fevral 2023-cü il tarixdə Sabunçu rayonunda Vətən müharibəsi şəhidləri Nağıyev Murad Mayıl oğlu və Heydərov Əli Vaqif oğlunun ad günü münasibətilə anım mərasimləri keçirildi.
Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Fəqan Əlizadə, Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Bakıxanov qəsəbəsi üzrə nümayəndəsi Həmid Qalayev, Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Pirşağı qəsəbəsi üzrə nümayəndəsi Rauf Həsənov, 271 saylı tam orta məktəbin müəllim və şagird kollektivi, şəhidlərin ailə üzvləri, döyüş yoldaşları, qəsəbə sakinləri iştirak etmişdir.
   Nağıyev Murad Mayıl oğlu 09.02.1997-ci ildə Qazax rayonunda anadan olmuşdur. İlk təhsilini Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən 271 saylı tam orta məktəbdə almışdır.
2011-ci ildə Cəmşid Naxçıvanski adına Hərbi Liseyə qəbul olmuşdur. Hərbi Liseydə göstərdiyi yüksək nəticələrə görə liseydən Türkiyənin Kuleli Hərbi Liseyinə göndərilmişdir. 2015-ci ildə Türkiyədə Kara Harp Okuluna daxil olmuşdur. 2020-ci ildə Heydər Əliyev adına Ali Hərbi Məktəbinin məzunu olmuşdur.
2020-ci ildə zabit kimi N saylı hərbi hissəyə təyinat almış və leytenant rütbəsi ilə tank taborunda tağım komandiri olaraq xidmətə başlamışdır.
20.10.2020-ci ildə Cəbrayıl rayon istiqamətində gedən döyüşdə qəhrəmancasına şəhid olmuşdur.
20.10.2020-ci ildə Bakı şəhəri, Yasamal rayonunda yerləşən “İkinci Şəhidlər Xiyabanı”nda dəfn olunmuşdur.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə ölümündən sonra  III dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Cəsur döyüşçü”, “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.
   Heydərov Əli 02.09.2002-ci ildə Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunda anadan olmuşdur.
2018-ci ildə Bakı şəhəri, Binəqədi rayonunda yerləşən 135 nömrəli tam orta məktəbi bitirmişdir.
2020-ci ilin iyul ayında həqiqi hərbi xidmətə çağrılmışdır.
Vətən müharibəsi başlayanda xidmət etdiyi hərbi hissədən könüllü müharibəyə qatılmış, Füzuli istiqamətində gedən döyüşlərdə iştirak etmişdir.
03.10.2020-ci ildə Füzuli istiqamətində gedən döyüşdə qəhrəmancasına şəhid olmuşdur.
03.10.2020-ci ildə Sabunçu rayonu, Pirşağı qəsəbəsində yerləşən “Şəhidlər Xiyabanı”nda dəfn olunmuşdur.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “İgidliyə görə” medalları ilə təltif olunmuşdur.
 
 
 
Keçidlər