Sabunçu rayonunda Vətən müharibəsi şəhidləri Nəsirov Əfqan Ramil oğlu, Səmədov Məhərrəm Elxan oğlu, Səttarov Emin Ramil oğlu, Mütəllimzadə Ağacavad Ələsgər oğlunun ildönümü münasibətilə anım mərasimləri keçirildi
26 oktyabr 2024 | 13:31
Sabunçu rayonunda Vətən müharibəsi şəhidləri Nəsirov Əfqan Ramil oğlu, Səmədov Məhərrəm Elxan oğlu, Səttarov Emin Ramil oğlu, Mütəllimzadə Ağacavad Ələsgər oğlunun ildönümü münasibətilə anım mərasimləri keçirildi.
Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Fəqan Əlizadə, şöbənin böyük məsləhətçisi Fəqan Dünyamalıyev, Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Bakıxanov qəsəbəsi üzrə nümayəndəsi Həmid Qalayev, Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Maştağa qəsəbəsi üzrə nümayəndəsi Elvin Şiriyev, Zabrat bələdiyyəsinin sədri Nailə Nəsirova, şəhidlərin ailə üzvləri, qəsəbə sakinləri iştirak etmişdir.