Sabunçu rayonunda Vətən müharibəsi şəhidləri Raul Zabid oğlu Piriyevin, Rüfət Arzu oğlu Eyvazlının və Tacir Elşən oğlu Həsənovun ildönümləri münasibətilə anım mərasimləri keçirildi
15 oktyabr 2026 | 13:24
15 oktyabr 2026-cı il tarixdə Sabunçu rayonunda Vətən müharibəsi şəhidləri Piriyev Raul Zabid oğlu, Eyvazlı Rüfət Arzu oğlu və Həsənov Tacir Elşən oğlunun ildönümləri münasibətilə anım mərasimləri keçirildi.
Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısı Aparatının Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini - Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun müdiri Fəqan Əlizadə, Yeni Azərbaycan Partiyasının Sabunçu rayon təşkilatının sədr müavini Zülfüqar Cəfərov, Yeni Azərbaycan Partiyası Sabunçu rayon təşkilat aparatının məsləhətçisi Altun İbrahimov, Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Maştağa qəsəbəsi üzrə nümayəndəsi Elvin Şiriyev, Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Zabrat qəsəbəsi üzrə nümayəndəsi Həmid Qalayev, Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Pirşağı qəsəbəsi üzrə nümayəndəsi Sədai Vəlibəyli, Maştağa bələdiyyəsinin sədri Anar Adıgözəlov, Zabrat bələdiyyəsinin sədri Nailə Nəsirova, Pirşağı bələdiyyəsinin sədri Qüdrət Əlipənahov, Zabrat bələdiyyəsinin sədr müavini Hikmət Alıyev, Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Zabrat qəsəbəsi inzibati ərazi dairəsi üzrə baş məsləhətçi-ev təsərrüfatlarının uçotu işinin aparıcısı Vahid Kərimov, Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Pirşağı qəsəbəsi inzibati ərazi dairəsi üzrə baş məsləhətçi-ev təsərrüfatlarının uçotu işinin aparıcısı Əbülfəz Əliyev, şəhidlərin ailə üzvləri, şəhid ailələri və qəsəbə sakinləri iştirak etmişdir.
Piriyev Raul Zabid oğlu 04.06.1997-ci ildə Şəmkir rayonunun Kür qəsəbəsində anadan olumuşdur. 2003-cü ildə Şəmkir rayon Kür qəsəbəsi H.Z.Tağıyev adına 2 saylı tam orta məktəbinin 1-ci sinfinə qəbul olub. 2006-cı ildə Bakı şəhər Sabunçu rayonu F.Bayramov adına 22 saylı tam orta məktəbin 3-cü sinfinə qəbul olub. 2015-ci ilin may ayında orta məktəbi bitirərək AZTU-nun Dəmir yol Nəqliyyat və Təsərrüfatı mühəndisliyi fakültəsində təhsil almışdır. 2019-cu il 3 oktyabrda Sabunçu rayonu hərbi komissarlıq tərəfindən həqiqi hərbi xidmətə çağırılmışdır. İlk öncə Ağcabədidə xidmət etmiş, 2019-cu ilin dekabr ayından etibarən xüsusi təyinatlı kimi xidmətini davam etdirmişdir. 2020-ci il 27 sentyabrda başlayan Vətən müharibəsi zamanı Murov dağ, Füzuli və Cəbrayılın azadlığı uğrunda döyüşlərdə iştirak etmişdir. 2020-ci il 5 oktyabr tarixində Cəbrayıl uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. 15 oktyabr 2020-ci ildə Maştağa qəsəbəsində yerləşən “Şəhidlər Xiyabanı”nda dəfn olunmuşdur.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni, “Vətən uğrunda”, “Cəsur döyüşçü”, "Döyüşdə fərqlənməyə görə", “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.
Eyvazlı Rüfət Arzu oğlu 16.09.1994-cü ildə Sabunçu rayonunun Zabrat qəsəbəsində anadan olumuşdur. 192 saylı orta məktəbi bitirib. Futbol həvəskarı idi. Zabrat həvəskar futbol klubunun üzvü olub. Vətən müharibəsinin ilk günlərindən sentyabrın 27-dən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlə Xidməti tərəfindən hərbi xidmətə çağırılıb və qızğın döyüşlərə qatılıb. Azərbaycan Ordusunun əsgəri Rüfət Eyvazlı Füzuli, Xocavənd rayonlarının azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib və cəsarətli döyüşçü kimi hər zaman ön cərgələrdə olub. Yağı düşmənin birinci istehkam xəttinin darmadağın edilməsi əməliyyatlarında iştirak edib. Rüfət Eyvazlı 2020-ci il oktyabrın 12-də Xocavənd rayonunun azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Zabrat qəsəbəsində yerləşən “Şəhidlər Xiyabanı”nda dəfn olunmuşdur.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.
Həsənov Tacir Elşən oğlu 21.04.2001-ci ildə Sabunçu rayonunun Pirşağı qəsəbəsində anadan olmuşdur. Ailəsi əslən Ağdam rayonunun Rzalar kəndindəndir. Tacir Həsənov Pirşağı qəsəbəsindəki sanatoriya tipli internat məktəbində orta təhsil alıb. Bu məktəbdən 2017-ci ildə məzun olub hərbi xidmətə yollanıb. Azərbaycan Ordusunun əsgəri olan Tacir Həsənov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə iştirak etmişdir. Tacir Həsənov Murovdağ döyüşləri zamanı qəhrəmancasına şəhid olmuşdur. 15 oktyabrda Pirşağı qəsəbəsində yerləşən “Şəhidlər Xiyabanı”nda dəfn olunmuşdur.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda”, “Hərbi xidmətlərə görə” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.

















