Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda Vətən müharibəsi şəhidləri Saleh Namiq oğlu Əliyevin və Xaliq Kamil oğlu Hüseynovun ildönümləri münasibətilə anım mərasimləri keçirildi

16 oktyabr 2026 | 11:39
16 oktyabr 2026-cı il tarixdə Sabunçu rayonunda Vətən müharibəsi şəhidləri Əliyev Saleh Namiq oğlu və Hüseynov Xaliq Kamil oğlunun ildönümləri münasibətilə anım mərasimləri keçirildi.
Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısı Aparatının Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini - Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun müdiri Fəqan Əlizadə, Yeni Azərbaycan Partiyasının Sabunçu rayon təşkilatının sədr müavini Zülfüqar Cəfərov, Yeni Azərbaycan Partiyası Sabunçu rayon təşkilat aparatının məsləhətçisi Altun İbrahimov, Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Zabrat qəsəbəsi üzrə nümayəndəsi Həmid Qalayev, Zabrat bələdiyyəsinin sədri Nailə Nəsirova, Nardaran bələdiyyəsinin sədri Əlihüseyn Ağayev, Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Zabrat qəsəbəsi inzibati ərazi dairəsi üzrə baş məsləhətçi-ev təsərrüfatlarının uçotu işinin aparıcısı Vahid Kərimov, şəhidlərin ailə üzvləri, şəhid ailələri və qəsəbə sakinləri iştirak etmişdir.       
Əliyev Saleh Namiq oğlu 18.08.1992-ci ildə Sabunçu rayonu, Zabrat qəsəbəsində anadan olmuşdur. Azərbaycan Ordusunun əsgəri olan Saleh Əliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayıl və Füzuli rayonunun azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Əliyev Saleh Namiq oğlu 2020-ci il oktyabrın 15-də Füzuli istiqamətində gedən döyüşləri zamanı qəhrəmancasına şəhid olmuşdur. 2020-ci il oktyabrın 16-da Zabrat qəsəbəsində yerləşən “Şəhidlər Xiyabanı”nda dəfn olunmuşdur.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə”  ordeni, “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə”  medalları ilə təltif olunmuşdur.
Hüseynov Xaliq Kamil oğlu 20.09.2001-ci ildə Sabunçu rayonu, Nardaran qəsəbəsində anadan olmuşdur. Xaliq Hüseynov 295 saylı tam orta məktəbin 9-cu sinfini bitirib, 13 saylı Bakı Peşə məktəbində çilingərlik peşəsinə yiyələnmişdir. 2019-cu ilin yanvar ayında həqiqi hərbi xidmətə çağırılmışdır. Vətən müharibəsi başlayanda xidmət etdiyi hərbi hissədən könüllü müharibəyə qatılmış, döyüşlərdə qəhrəmanlıqla iştirak etmişdir. 16.10.2020-ci ildə Tərtər istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. 17.10.2020-ci ildə Nardaran qəsəbəsində yerləşən “Şəhidlər Xiyabanı”nda dəfn olunmuşdur.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə”  ordeni,  “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.
Keçidlər