Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda Vətən müharibəsi şəhidləri Səmədov Məhərrəm Elxan oğlu və Xəlilov Hüseyn Rasim oğlunun ad günləri münasibətilə anım mərasimləri qeyd olundu

27 mart 2022 | 16:36

   27 mart 2022-ci il tarixində Sabunçu rayonunda Vətən müharibəsi şəhidləri Səmədov Məhərrəm Elxan oğlu və Xəlilov Hüseyn Rasim oğlunun ad günləri münasibətilə anım mərasimi keçirildi. Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Fəqan Əlizadə, Yeni Azərbaycan Partiyasının Sabunçu rayon təşkilatının sədr müavini Zülfüqar Cəfərov, Sabunçu Rayon İcra Hakimiyyəti Başçısının Maştağa qəsəbəsi üzrə nümayəndəsi Fərid Məmmədəliyev, Sabunçu Rayon İcra Hakimiyyəti Başçısının Nardaran qəsəbəsi üzrə nümayəndəsi Məhəmməd Əsədov, şəhidlərin ailə üzvləri iştirak etmişlər.
Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən bütün şəhidlərimizə Allahdan rəhmət, ailələrinə səbr diləyirik.

Keçidlər