Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda Vətən müharibəsi şəhidləri Zaur Hüseyn oğlu Cəfərovun, Məhəmməd Vaqif oğlu Şəbiyevin, Rəşad Ağabəy oğlu Babayevin, İlkin Rəfail oğlu Quliyevin, Rəsul Həşim oğlu Sadıqovun və Əli Rahin oğlu Seyidovun ildönümləri münasibətilə anım mərasimləri keçirildi

10 oktyabr 2026 | 12:03
10 oktyabr 2026-cı il tarixdə Sabunçu rayonunda Vətən müharibəsi şəhidləri Cəfərov Zaur Hüseyn oğlu, Şəbiyev Məhəmməd Vaqif oğlu, Babayev Rəşad Ağabəy oğlu, Quliyev İlkin Rəfail oğlu, Sadıqov Rəsul Həşim oğlu və Seyidov Əli Rahin oğlunun ildönümləri münasibətilə anım mərasimləri keçirildi.
Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısı Aparatının Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini - Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun müdiri Fəqan Əlizadə, Sabunçu Rayon İcra Hakimiyyəti başçısı Aparatının Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsi - Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun məsləhətçisi Natiq Rəsulov, Yeni Azərbaycan Partiyasının Sabunçu rayon təşkilatının sədr müavini Zülfüqar Cəfərov, Sabunçu Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin rəisi Rəcəb Məmmədov, Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Bakıxanov qəsəbəsi üzrə nümayəndəsi Məhəmməd Əsədov, Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Ramana qəsəbəsi üzrə nümayəndəsi Rauf Həsənov, Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Maştağa qəsəbəsi üzrə nümayəndəsi Elvin Şiriyev, Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Pirşağı qəsəbəsi üzrə nümayəndəsi Sədai Vəlibəyli, Maştağa bələdiyyəsinin sədri Anar Adıgözəlov, Bakıxanov bələdiyyəsinin sədri Ruhin Orucov, Ramana bələdiyyəsinin sədri Asif Zeynalov, Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Maştağa qəsəbəsi inzibati ərazi dairəsi üzrə baş məsləhətçi-ev təsərrüfatlarının uçotu işinin aparıcısı Ramin Ağazadə, Maştağa bələdiyyəsinin sədr müavini Ağazakir Abdullayev, şəhidlərin ailə üzvləri, şəhid ailələri və qəsəbə sakinləri iştirak etmişdir.       
Cəfərov Zaur Hüseyn oğlu 04.03.1980-ci ildə Kəlbəcər rayonunun Başlıbel kəndində anadan olmuşdur. Orta təhsilini 1997-ci ildə Qaradağ rayonu Qızıldaş qəsəbəsində indi şəhid Azər Namazovun adını daşıyan orta məktəbdə başa vurmuşdur. 1997-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qəbul olmuşdur. 2001-ci ilə qədər Ali Hərbi Məktəbdə təhsil almışdır. 2001-ci ildə Ali Hərbi Məktəbi bitirərək Müdafiə Nazirliyinin əmrinə əsasən leytenant rütbəsi almışdır. Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində 12.05.2003-cü il tarixindən 25.06.2003-cü il tarixinə kimi fəaliyyət göstərən artilleriya batareya komandiri kursunu, 14.11.2005-ci il tarixindən 17.12.2005-ci il tarixinə kimi fəaliyyət göstərən artilleriya divizionu komandirinin maddi-texniki təminat üzrə müavini kursunu, 01.09.2008-ci il tarixindən 11.10.2008-ci il tarixinə kimi fəaliyyət göstərən artilleriya divizionunun qərargah rəisi-divizion komandirinin müavini kursunu, 03.02.2014-cü il tarixindən 15.03.2014-cü il tarixinə kimi fəaliyyət göstərən artilleriya divizionunun komandiri kursunu müvəffəqiyyətlə bitirmişdir. Vətən müharibəsi zamanı xüsusi qəhrəmanlıq görsədən polkovnik leytenant Zaur Cəfərov Suqovuşan istiqamətində gedən döyüşlərdə 10 oktyabr 2020-ci il tarixdə qəhrəmancasına şəhid olmuşdur. 20 oktyabr 2020-ci ildə Hərbi Memorial Məzarlıqda dəfn olunmuşdur.
Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni, “Vətən Uğrunda”, “İgidliyə görə”,“Suqovuşanın azad olunmasına görə” və “Hərbi xidmətlərə görə” medalları ilə təltif olunmuşdur.
Şəbiyev Məhəmməd Vaqif oğlu 06.08.1998-ci ildə Sabunçu rayonu, Zabrat qəsəbəsində anadan olmuşdur. Sabunçu rayonu, Zabrat qəsəbəsində yerləşən 71 saylı orta məktəbi bitirmişdir. 2013-cü ildə Cəmşid Naxçivanski adın Hərbi Liseyə daxil olmuşdur. 2016-cı ildə Cəmşid Naxcıvanski adına hərbi liseyi, 2020-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin Quru Qoşunları fakültəsini və Silahlı Qüvvələrin Təlim vəTədris Mərkəzinin “Zabit ixtisas kursu”nu bitirib. Azərbaycan Respublikasının Müdafiə Nazirinin 19 iyun 2020-ci il tarixli əmri ilə “leytenant” hərbi rütbəsi verilib. Vətən müharibəsində Suqovuşan istiqamətində gedən döyüşlərdə iştirak etmişdir. 04.10.2020-ci ildə Tərtər rayonunun Talış kəndi istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. 10.10.2020-ci ildə tarixində Hərbi Memorial Məzarlıqda dəfn olunmuşdur.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə ölümündən sonra 3-cü dərəcəli “Rəşadət” ordeni, “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.
Babayev Rəşad Ağabəy oğlu 04.06.1992-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1998-ci ildə Bakı şəhəri Nizami rayonu R. Orucova adına 109 nömrəli orta məktəbin 1-ci sinifinə getmişdir. 2006-ci ilə qədər həmin məktəbdə təhsil almışdır. 2006-ci ildə 277 nömrəli idman təmayüllü məktəbin 9-cu sinifinə daxil olmuşdur. 2009-cu ildə həmin məktəbi bitirmişdir. Həmin məktəbdə 8 yaşından Cüdo idman növü ilə məşğul olmuşdur. Yüksək nəticələr əldə etmiş 20-dən çox qızıl, gümüş və bürünc medallara layiq görülmüşdür. 2013-cü ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının məzunu olmuşdur. Təhsilini başa vurduqdan sonra hərbi xidmətə çağırılmışdır. Müddətdən artıq hərbi xidmətdə olmuş, Azərbaycan ordusunun Xüsusi Təyinatlı Qüvvələrinə qəbul kurslarından keçmiş və xidmətini burada davam etdirməsi üçün seçilmişdir. 2014-cü ildə Xüsusi Təyinatlı Qüvvələrin  N saylı hərbi hissəsində həqiqi hərbi xidmətə başlamışdır. 25 iyul 2014-cü ildə N saylı hərbi hissədə “kiçik gizir” rütbəsində, 24 noyabr 2017-ci ildə  N saylı hərbi hissədə “gizir” rütbəsində xidmətini davam etdirmişdir. O, həmçinin xüsusi təyinatlı taborun xüsusi təyinatlı dəstəsinin xüsusi təyinatlı qrupunun snayperçisi, xüsusi təyinatlı manqa komandiri, xüsusi əməliyyat qrupunun kəşfiyyatçısı vəzifələrində xidmət etmişdir. 25-28 fevral 2020-ci il tarixlərində cüdo üzrə keçirilmiş yarışda 1-ci yerə layiq görülmüş və fəxri fərmanla təltif olunmuşdur. Azərbaycan Ordusunun giziri olan Rəşad Babayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zaman Kəlbəcərin, Cəbrayılın, Füzulinin, və Xocavəndin yaşayış məntəqələrinin, habelə Murovdağ zirvəsinin və Suqovuşan qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edərək şücaət göstərmişdir. Rəşad Babayev 10 oktyabr 2020-ci ildə Hadrut qəsəbəsi istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. 14 oktyabr 2020-ci ildə Maştağa qəsəbəsi “Şəhidlər Xiyabanı”nda dəfn olunmuşdur.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə ölümündən sonra 3-cü dərəcəli “Rəşadət” ordeni, “Vətən uğrunda”, “İgidliyə görə”, “Kəlbəcərin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.
Quliyev İlkin Rəfail oğlu 15.04.2002-ci ildə Rusiya Federasiyasının, Moskva şəhəri, İzmayılovski rayonunda  anadan olmuşdur. 2007-ci ildə ailəsi ilə birgə Bakı şəhərinə köçmüşdür. 2019-cu ildə Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən 310 saylı tam orta məktəbi bitirmişdir. Qərbi Kaspi universitetinin nəzdindəki kollecin məzunu olmuşdur. 2020-ci ilin may ayında həqiqi hərbi xidmətə çağrılmışdır. Vətən müharibəsi başlayanda xidmət etdiyi hərbi hissədən könüllü müharibəyə qatılmış, Füzuli rayon istiqamətində gedən döyüşlərdə iştirak etmişdir. 10.10.2020-ci ildə Füzuli rayon istiqamətində gedən döyüşdə qəhrəmancasına şəhid olmuşdur. Bakıxanov qəsəbəsində yerləşən “Şəhidlər Xiyabanı”nda dəfn olunmuşdur.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə ölümündən sonra 3–cü dərəcəli “Vətənə xidmətə görə”  ordeni, “Vətən uğrunda” , “Füzulinin azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif olunmuşdur.
Sadıqov Rəsul Həşim oğlu 03.03.2001-ci ildə Bakı şəhərində anadan olmuşdur. Uşaq vaxtlarından idmanla məşğul olmuş, güləş üzrə müxtəlif nailiyyətlər qazanmışdır. Vətən müharibəsi zamanı Ağdərə, Suqovuşan istiqamətində döyüş əməliyyatlarında iştirak etmişdir.10 oktyabr 2020-ci il tarixdə Suqovuşan istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. 11 oktyabr 2020-ci il tarixdə Pirşağı qəsəbəsi, “Şəhidlər Xiyabanı”nda dəfn olunmuşdur.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə ölümündən sonra 3–cü dərəcəli “Vətənə xidmətə görə”  ordeni, “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif olunmuşdur.
Seyidov Əli Rahin oğlu 11.07.1999-cu idə Bakı şəhəri Sabunçu rayonu Ramana qəsəbəsində anadan olmuşdur. 2017-ci ildə Sabunçu rayonu, Ramana qəsəbəsində yerləşən  90 nömrəli tam orta məktəbi bitirmişdir. Əli uşaqlıqdan idmanla məşğul olmuş, 15 qızıl, 6 gümüş, 3 bürünc medal qazanmışdır. 2018-ci ilin yanvar ayında həqiqi hərbi xidmətə çağırılmışdır. 2019-cu ildə hərbi xidməti başa vurduqdan sonra Xüsusi Təyinatlı Qüvvələrdə kəşfiyyatçı çavuş kimi müddətdən artıq xidmətə başlamışdır. Vətən müharibəsində Tərtər, Suqovuşan istiqamətində gedən döyüşlərdə iştirak etmişdir. 09.10.2020-ci ildə Tərtər istiqamətində gedən döyüşdə qəhrəmancasına şəhid olmuşdur. 10.10.2020-ci ildə Suraxanı rayonu, Bülbülə qəsəbəsində yerləşən “Şəhidlər Xiyabanı”nda dəfn olunmuşdur.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə ölümündən sonra 3–cü dərəcəli “Vətənə xidmətə görə”  ordeni, “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif olunmuşdur.
 
Keçidlər