Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda Vətən müharibəsi şəhidlərinin ildönümü mərasimləri keçirildi

10 oktyabr 2022 | 16:43
   10 Oktyabr 2022-ci il tarixində Sabunçu rayonunda Vətən müharibəsi şəhidləri Şəbiyev Məhəmməd Vaqif oğlu, Babayev Rəşad Ağabəy oğlu, Quliyev İlkin Rəfail oğlunun  ildönümü münasibətilə anım mərasimləri keçirildi.
   Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Fəqan Əlizadə, Yeni Azərbaycan Partiyasının Sabunçu rayon təşkilatının sədr müavini Zülfüqar Cəfərov, Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Maştağa qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Fərid Məmmədəliyev, Zabrat qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Elvin Şiriyev, şəhidlərin ailə üzvləri, qəsəbə sakinləri iştirak etmişdir.
    Şəbiyev Məhəmməd Vaqif oğlu 06.08.1998-ci ildə Sabunçu rayonu, Zabrat qəsəbəsində anadan olmuşdur.
Sabunçu rayonu,  Zabrat qəsəbəsində yerləşən 71 saylı orta məktəbi bitirmişdir.
2013-cü ildə Cəmşid Naxçivanski adın Hərbi Liseyə daxil olmuşdur.
2016-cı ildə Cəmşid Naxcıvanski adına hərbi liseyi,2020-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi məktəbinin Quru Qoşunları fakültəsini və Silahlı Qüvvələrin Təlim vəTədris Mərkəzinin “Zabit ixtisas kursu”nu bitirib.
Azərbaycan Respublikasının Müdafıə Nazirinin 19 iyun 2020-ci il tarixli əmri ilə “leytenant” hərbi rütbəsi verilib.
Vətən müharibəsində Suqovuşan istiqamətində gedən döyüşlərdə iştirak etmişdir.
04.10.2020-ci ildə Tərtər rayonunun Talış kəndi istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur.
10.10.2020-ci ildə tarixində Bakı şəhəri, Yasamal rayonunda yerləşən “İkinci Şəhidlər Xiyabanı”nda dəfn olunmuşdur.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə ölümündən sonra III dərəcəli “Rəşadət” ordeni, “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.
Sabunçu rayonu, Zabrat qəsəbəsində şəhidin adına küçə verilmişdir.
   Rəşad Babayev 1992-ci il iyunun 4-də Bakı şəhərində anadan olmuşdur. 1998-ci ildə Bakı şəhəri Nizami rayonu R. Orucova adına 109 nömrəli orta məktəbin 1-ci sinifinə getmişdir. 2006-ci ilə qədər həmin məktəbdə təhsil almışdır. 2006-ci ildə 277 nömrəli idman təmayüllü məktəbin 9-cu sinifinə daxil olmuşdur. 2009-cu ildə həmin məktəbi bitirmişdir. Həmin məktəbdə 8 yaşından Cüdo idman növü ilə məşğul olmuşdur. Yüksək nəticələr əldə etmiş 20-dən çox qızıl, gümüş və bürünc medallara layiq görülmüşdür. 2013-cü ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının məzunu olmuşdur.
Təhsilini başa vurduqdan sonra hərbi xidmətə çağırılmışdır. Müddətdən artıq hərbi xidmətdə olmuş, Azərbaycan ordusunun Xüsusi Təyinatlı Qüvvələrinə qəbul kurslarından keçmiş və xidmətini burada davam etdirməsi üçün seçilmişdir. 2014-cü ildə Xüsusi Təyinatlı Qüvvələrin  N saylı hərbi hissəsində həqiqi hərbi xidmətə başlamışdır. 25 iyul 2014-cü ildə N saylı hərbi hissədə “kiçik gizir” rütbəsində, 24 noyabr 2017-ci ildə  N saylı hərbi hissədə “gizir” rütbəsində xidmətini davam etdirmişdir. O, həmçinin xüsusi təyinatlı taborun xüsusi təyinatlı dəstəsinin xüsusi təyinatlı qrupunun snayperçisi, xüsusi təyinatlı manqa komandiri, xüsusi əməliyyat qrupunun kəşfiyyatçısı vəzifələrində xidmət etmişdir.
25-28 fevral 2020-ci il tarixlərində cüdo üzrə keçirilmiş yarışda 1-ci yerə layiq görülmüş və fəxri fərmanla təltif olunmuşdur. Rəşad Babayev "Qüsursuz xidmətə görə" III dərəcəli medalı, "Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)" yubiley medalı ilə təltif olunmuşdur.
Azərbaycan Ordusunun giziri olan Rəşad Babayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zaman Kəlbəcərin, Cəbrayılın, Füzulinin, və Xocavəndin yaşayış məntəqələrinin, habelə Murovdağ zirvəsinin və Suqovuşan qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edərək şücaət göstərmişdir. Rəşad Babayev 10 oktyabr 2020-ci ildə Hadrut qəsəbəsi istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. 14 oktyabr 2020-ci ildə Maştağa qəsəbəsi “Şəhidlər Xiyabanı”nda dəfn olunmuşdur.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə ölümündən sonra III dərəcəli “Rəşadət” ordeni, “Vətən uğrunda”, “İgidliyə görə”, “Kəlbəcərin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, medalları ilə təltif olunub.
    Quliyev İlkin Rəfail oğlu 15.04.2002-ci ildə Rusiya Federasiyasının, Moskva şəhəri, İzmayılovski rayonunda  anadan olmuşdur.
2007-ci ildə ailəsi ilə birgə Bakı şəhərinə köçmüşdür.
2019-cu ildə Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən 310 saylı tam orta məktəbi bitirmişdir.
Qərbi Kaspi universitetinin nəzdindəki kollecin məzunu olmuşdur.
2020-ci ilin may ayında həqiqi hərbi xidmətə çağrılmışdır.
Vətən müharibəsi başlayanda xidmət etdiyi hərbi hissədən könüllü müharibəyə qatılmış, Füzuli rayon istiqamətində gedən döyüşlərdə iştirak etmişdir.
09.10.2020-ci ildə Füzuli rayon istiqamətində gedən döyüşdə qəhrəmancasına şəhid olmuşdur.
10.10.2020-ci ildə Bakıxanov qəsəbəsində yerləşən “Şəhidlər Xiyabanı”nda dəfn olunmuşdur.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda” , “Füzulinin azad olunmasına görə” , “Cəsur döyüşçü” medalları ilə təltif olunmuşdur.
Keçidlər