Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda Vətən müharibəsi şəhidlərinin ildönümü mərasimləri keçirildi

10 oktyabr 2022 | 16:59
   Sabunçu rayonunda Vətən müharibəsi şəhidləri Əliyev Əmirulla Vahid oğlu, Kazımov Kamran Qurbanəli oğlu, Seyidov Əli Rahin oğlu, Mehdiyev Taleh Musa oğlu, Ələkbərov Telman İqdam oğlu, Səmədov Məhəmməd Niman oğlu, Məmmədov Əliağa Eldəniz oğlu, Dəmirçiyev Tural Rəfail oğlunun ildönümü münasibətilə anım mərasimləri keçirildi.
  Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Fəqan Əlizadə, Yeni Azərbaycan Partiyasının Sabunçu rayon təşkilatının sədr müavini Zülfüqar Cəfərov, Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Ramana qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Arif Osmanov, Ramana bələdiyyəsinin sədri Turqay Qəribov, Zabrat qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Elvin Şiriyev, şəhidlərin ailə üzvləri, qəsəbə sakinləri iştirak etmişdir.
Keçidlər