Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda Vətən müharibəsi şəhidi Quliyev Asim Bəkir oğlunun ildönümü mərasimi keçirildi

12 oktyabr 2022 | 10:08
   12 oktyabr  2022-ci ildə Sabunçu rayonu, Bakıxanov qəsəbəsində Vətən müharibəsi şəhidi Quliyev Asim Bəkir oğlunun ildönümü mərasimi keçirildi. Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Fəqan Əlizadə, Yeni Azərbaycan Partiyasının Sabunçu rayon təşkilatının sədr müavini Zülfüqar Cəfərov, Sabunçu Rayon İcra Hakimiyyəti Başçısının Bakıxanov qəsəbə nümayəndəsi vəzifəsini icra edən Rahim Budaqov, şəhidin ailə üzvləri, döyüş yoldaşları və qəsəbə sakinləri iştirak etmişdir.
   Quliyev Asim Bəkir oğlu 02.03.1996-cı il tarixində Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində anadan olmuşdur. 2012-ci ildə Bakıxanov qəsəbəsində yerləşən 107 saylı tam orta məktəbi bitirmişdir.
Həqiqi hərbi xidmətə çağırılmışdır. Həqiqi hərbi xidmət zamanı Aprel döyüşlərində iştirak etmişdir. 
Vətən müharibəsi başlayan kimi könüllü ordu sıralarına yazılmış, Cəbrayıl, Füzuli istiqamətində gedən döyüşlərdə iştirak etmişdir.
12.10.2020-ci ildə Ağoğlan (Hadrut) istiqamətində gedən döyüşdə qəhrəmancasına şəhid olmuşdur.
12.10.2020-ci ildə Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən “Şəhidlər Xiyabanı”nda dəfn olunmuşdur.
  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda”, Füzulinin azad olunmasına görə” “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub.
Keçidlər