Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda “Vətən müharibəsi tarixi. Azərbaycanın ərazi bütövlüyünün bərpası – Şəxsiyyət faktoru” adlı yeni kitabın geniş ictimai müzakirəsi keçirildi.

24 dekabr 2024 | 18:34
24.12.2024-cü il tarixdə Sabunçu Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Dövlət Gömrük Komitəsinin Akademiyasında Bakı Şəhər İcra Hakimiyyəti və AMEA Tarix İnstitutu ilə birgə hazırlanan “Vətən müharibəsi tarixi. Azərbaycanın ərazi bütövlüyünün bərpası – Şəxsiyyət faktoru” adlı yeni kitabın geniş ictimai müzakirəsi keçirildi.
Tədbirdə Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi, Gömrük xidməti general-mayoru Qulu Novruzov, Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Rəna Vəliyeva, Bakı Şəhər İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi, humanitar məsələlər və dini qurumlarla iş şöbəsinin müdiri Elmin İmanov, YAP-ın Sabunçu rayon təşkilatının sədri Araz Xudadanov, Bakı Gənclər Mərkəzinin direktoru Nərgiz Babayeva, Sabunçu Gənclər Evinin direktoru Kamil Yaqubov, Respublika Ağsaqqallar Şurasının Sabunçu rayon təşkilatının sədri Vəli Qaraçaylı, Sabunçu rayonu, Zabrat qəsəbəsi, 192 nömrəli tam orta məktəbin direktoru Cavad Mustafayev, Sabunçu Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul əməkdaşları, şəhid ailələri, qazilər, rayonun təhsil ictimaiyyətinin nümayəndələri, Dövlət Gömrük Komitəsinin Akademiyasının müəllim və tələbə heyəti iştirak edirdilər.
Azərbaycan Respublika­sının Dövlət Himni səsləndirildikdən son­ra tədbir iştirakçıl­arı ölkəmizin azadlı­ğı, ərazi bütövlüyü və suverenliyi uğrunda qəhrəmanca­sına şəhid olan vətən övladlarının əziz xatirəsini bir dəqiq­əlik sükutla yad etd­ilər.
Çıxış edən Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi, Gömrük xidməti general-mayoru Qulu Novruzov tədbir iştirakçılarını salamlayaraq tədbirin mahiyyəti və məqsədi barədə geniş məlumat verdi.
Bakı Şəhər İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi, humanitar məsələlər və dini qurumlarla iş şöbəsinin müdiri Elmin İmanov çıxış edərək bildirdi ki, Bakı Şəhər İcra Hakimiyyəti və AMEA Tarix İnstitutu ilə birgə hazırlanan 44 günlük Vətən müharibəsinə həsr edilən əvvəlki kitabın davamı olaraq çap edilən yeni kitab Vətən müharibəsindən keçən dövr ərzində Azərbaycanda baş verən çox mühüm hadisələrə həsr edilib. “Vətən müharibəsi tarixi. Azərbaycanın ərazi bütövlüyünün bərpası – Şəxsiyyət faktoru” kitabında bir günlük anti-terror əməliyyatı nəticəsində ölkəmizin suverenliyinin bərpası, Xankəndi, Ağdərə, Əsgəran, Xocavənddə dövlət bayrağımızın ucaldılması və Xankəndidəki tarixi hərbi parad, qısa zaman kəsiyində işğaldan azad edilən ərazilərdə həyata keçirilən genişmiqyaslı quruculuq işləri, yeni infrastrukturun yaradılması, Böyük Qayıdış Proqramına uyğun keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qayıdışı kimi çox mühüm tarixi hadisələr öz əksini tapıb.
Sonra Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Rəna Vəliyeva, Sabunçu Gənclər Evinin direktoru Kamil Yaqubov, Sabunçu rayonu, Zabrat qəsəbəsi, 192 nömrəli tam orta məktəbin direktoru Cavad Mustafayev, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, 310 nömrəli tam orta məktəbin tarix müəllimi Raqif Məmmədov, Respublika Ağsaqqallar Şurasının Sabunçu rayon təşkilatının sədri Vəli Qaraçaylı və digərləri çıxış edərək kitabın müharibə həqiqətlərinin və sonrakı dövrdə əldə edilən nailiyyətlərin təhlili və gələcək nəsillərə düzgün çatdırılmasında mühüm rol oynayacağını vurğuladılar.
Tədbir “Vətən müharibəsi tarixi. Azərbaycanın ərazi bütövlüyünün bərpası – Şəxsiyyət faktoru” kitabı ətrafında geniş müzakirələrlə davam etdi.
Keçidlər