Sabunçu rayonunda Vətən müharibəsi şəhidləri Şamilov Emil Rafiq oğlu, Mahmudov İbrahim Ağagül oğlu, Səfərov Mais Şakir oğlu və Dadıyev Elnur Cəlal oğlunun ildönümü münasibətilə anım mərasimləri keçirildi
28 oktyabr 2024 | 13:32
Sabunçu rayonunda Vətən müharibəsi şəhidləri Şamilov Emil Rafiq oğlu, Mahmudov İbrahim Ağagül oğlu, Səfərov Mais Şakir oğlu və Dadıyev Elnur Cəlal oğlunun ildönümü münasibətilə anım mərasimləri keçirildi.
Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Fəqan Əlizadə, Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Balaxanı qəsəbəsi üzrə nümayəndəsi Vüsal Hüseynov, Balaxanı bələdiyyəsinin sədri Bahadır Haşımov, Ramana bələdiyyəsinin sədri Turqay Qəribov, şəhidlərin ailə üzvləri, qəsəbə sakinləri iştirak etmişdir.