Sabunçu rayonunda vətəndaşlar üçün ödənişsiz hüquqi yardım aksiyası keçirildi.
26 may 2022 | 14:38
Azərbaycan Respublikasının Milli Məclisi, Azərbaycan Respublikasının Vəkillər Kollegiyası və Sabunçu Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 26.05.2022-ci il tarixdə Sabunçu Gənclər Evində vətəndaşlar üçün ödənişsiz hüquqi yardım aksiyası keçirildi.
İlk olaraq aksiyada iştirak edən sakinlərlə görüş keçirildi. Görüş zamanı Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Rəna Fərəcova, millət vəkili Əliabbas Salahzadə və Bakı şəhəri 7 saylı Vəkil Bürosunun müdiri Qəmzə Qəhrəmanova Azərbaycan dövlətinin hər kəsin hüquq və azadlıqlarının müdafiəsinə təminat verdiyini vurğulayaraq vətəndaşların bu istiqamətdə maariflənməsi və onları narahat edən məsələlərin həllində belə aksiyaların mühüm əhəmiyyətə malik olduğunu bildirdilər.
Daha sonra Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkilləri tərəfindən vətəndaşlar hər biri fərdi qaydada dinlənilərək problemlərinə hüquqi cəhətdən aydınlıq gətirildi.