Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda “Xalqa layiqli xidmət-1-ci vitse-prezident Mehriban Əliyevanın fəaliyyəti” mövzusunda ideoloji tədbir keçirilmişdir

20 oktyabr 2022 | 10:37

   Oktyabrın 20-də Maştağa mədəniyyət evində YAP Sabunçu rayon təşkilatı tərəfindən “Xalqa layiqli xidmət-1-ci vitse-prezident Mehriban Əliyevanın fəaliyyəti” mövzusunda ideoloji tədbir keçirilmişdir. Tədbirdə YAP Sabunçu rayon təşkilatının sədr müavini Zülfüqar Cəfərov, Sabunçu rayon icra hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Ceyhun Abbasov, Maştağa mədəniyyət evinin direktoru Tofiq Dadaşzadə,Maştağa ərazi partiya təşkilatının fəal üzvləri iştirak etmişlər. Tədbir Ulu Öndər Heydər Əliyevin və Şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanılmışdır. Giriş sözü ilə çıxış edən Zülfüqar Cəfərov Mehriban xanım Əliyevanın liderlik bacarığından,ictimai-siyasi hadisələrə adekvat münasibətindən, humanitar, mədəniyyətlərarası dialoqlarda qadınların rolunu genişləndirməsindən söhbət açmışdır. Z.Cəfərov qeyd etmişdir ki,Mehriban xanım Əliyevanın çoxsahəli fəaliyyəti əsası Heydər Əliyev tərəfindən qoyulan və hal-hazırda möhtərəm Prezident İlham Əliyev tərəfindən davam etdirilən dövlətçilik ənənələrinin, xalqa sədaqətlə xidmət etmək missiyasının böyüklüyündən xəbər verir. Çıxış edən Ceyhun Abbasov, Fəridə İsmayılova və başqaları da vurğuladılar ki, Mehriban xanım Əliyevanın vaxtilə vitse-prezident təyin edilməsi onun zəngin fəaliyyətinin və təşkilatçılıq bacarığının məntiqi nəticəsi kimi dəyərləndirilməlidir. Tədbir iştirakçıları Mehriban xanımın milli və dini dəyərlərə ehtiram, humanizm prinsiplərinə sadiqlik nümunəsi, həmçinin mədəniyyətimizin hamisi kimi qəbul etdiklərini bildirdilər.

Keçidlər