Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar anım tədbiri keçirildi

26 fevral 2026 | 12:33
26.02.2026-cı il tarixdə Sabunçu Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Bakı Gənclər Mərkəzində Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar anım tədbiri keçirildi.
Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavinləri Rəna Vəliyeva və Ramil Əliyev, Rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, rayonun təhsil, səhiyyə, mədəniyyət və xidmət sahələrinin rəhbərləri, Xocalı faciəsinin iştirakçıları, QHT nümayəndələri və rayonun fəal gəncləri iştirak edirdilər.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Sabunçu Gənclər Evi tərəfindən hazırlanan videoçarx nümayiş etdirildikdən sonra
Xocalı faciəsinin şahidi, Xocalı  şəhər sakini Dürdanə Məmmədova həmin qanlı gecədə ailə üzvlərinin və özünün başına gətirilən müsibətlərdən söz açaraq bildirdi ki, öz miqyasına və dəhşətlərinə görə dünya tarixində iz buraxan Xocalı soyqırımını törətməkdə erməni şovinistləri və ideoloqları amansız məqsədi Azərbaycan torpaqlarını ələ keçirmək, xalqımızın müstəqillik və ərazi bütövlüyü uğrunda mübarizə əzmini qırmaq idi. O, qeyd etdi ki, Xocalılar hətta amansız soyqırım günündə belə özlərini əsl qəhrəman kimi aparmış, erməni-sovet hərbi birləşmələrinə qarşı qeyri-bərabər döyüşdə igidliklə vuruşmuş, düşmən qarşısında əyilməmiş və xalqımızın qəhrəmanlıq tarixinə şərəfli səhifələr yazmışlar.
Vətən müharibəsi qazisi, III qrup əlil, polkovnik-leytenant Muraz Sadıqov çıxış edərək bildirdi ki, Xocalı həqiqətlərinin dünyaya çatdırılmasında əvəzsiz xidmətləri olan Ümummilli lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyəti, iradəsi, ordumuzun mübarizliyi nəticəsində bugün Xocalılılar öz doğma yurdlarına qayıdır.
Sonda Bakı Gənclər Mərkəzi və Sabunçu rayonunun məktəbliləri tərəfindən hazırlanan “Xocalı harayı" adlı rəsm sərgisinə baxış keçirildi.

Keçidlər