Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda “Xocalı-tarixin qan yaddaşı” adlı tədbir keçirildi.

24 fevral 2023 | 12:33
   25.02.2023-cü il tarixdə Bakı Gənclər Mərkəzi və E Media Group media təşkilatının birgə təşkilatçılığı ilə Bakı Gənclər Mərkəzində Xocalı soyqırımının 31-ci ildönümünə həsr olunmuş “Xocalı-tarixin qan yaddaşı” adlı tədbir keçirildi.
   Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev, Rayon İcra Hakimiyyətinin başçısının müavinləri, “Dədə Qorqud” Milli Fondunun prezidenti, “Azərbaycan Dünyası” Beynəlxalq jurnalının baş redaktoru və təsisçisi, Yedi Tepe Universitetinin fəxri doktoru Eldar İsmayılov, millət vəkili Aydın Mirzəzadə, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin üzvü, millət vəkili Sevil Mikayılova, Yeni Azərbaycan Partiyası Xocalı rayon təşkilatının sədri Vahid Əliyev, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupunun rəhbərinin müavini Eldar Səmədov, Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin Regional idarəetmə və status şöbəsinin müdir müavini Şəhriyar Əliyev, Vətən müharibəsi qaziləri, şəhid ailələri, müxtəlif qurumların nümayəndələri və rayonun fəal gəncləri iştirak edirdilər.
   Xocalı soyqırımına həsr edilmiş rəsm sərgisinə baxış keçirildikdən sonra açılış nitqiylə çıxış edən Bakı Gənclər Mərkəzinin direktoru Nərgiz Babayeva və E Media Group media təşkilatının rəhbəri Elşən Əliyev bildirdilər ki, tədbirin keçirilməsində əsas məqsəd Azərbaycanın qanlı səhifəsi olan Xocalı faciəsinin və bu dəhşətli faciədə həlak olan şəhidlərimizin dərin hüzn və hörmətlə anılması, tarixi həqiqətlərimizin müasir gənclərə aşılanması, gənc nəslin vətənpərvərlik istiqamətində maariflənməsidir.
   Sonra “Dədə Qorqud” Milli Fondunun prezidenti, “Azərbaycan Dünyası” Beynəlxalq jurnalının baş redaktoru və təsisçisi, Yedi Tepe Universitetinin fəxri doktoru Eldar İsmayılov çıxış edərək Xocalı faciəsini unutmamağa və Xocalı həqiqətlərinin dünyaya çatdırılmasında həmrəy olmağa çağırdı.
   Daha sonra 8 gün əsirlikdə qalmış Xocalı şahidi Dürdanə Ağayeva əsirlikdə başına gələn müsibətləri iştirakçıların nəzərinə çatdırdı.
Tədbir panel müzakirələrlə davam etdi. Panelin natiqləri millət vəkili Aydın Mirzəzadə, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin üzvü, millət vəkili Sevil Mikayılova, Yeni Azərbaycan Partiyası Xocalı rayon təşkilatının sədri Vahid Əliyev, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupunun rəhbərinin müavini Eldar Səmədov, Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin Regional idarəetmə və status şöbəsinin müdir müavini Şəhriyar Əliyev bu soyqırımın Azərbaycan xalqına deyil, bütün insanlığa qarşı törədilən tarixin ən ağır cinayətlərindən biri olduğunu vurğuladılar.
Keçidlər