Sabunçu rayonunda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirildi
24 oktyabr 2024 | 16:21
Möhtərəm Prezident İlham Əliyevin Azərbaycanda 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında Sərəncamına uyğun olaraq, 24.10.2024-cü il tarixdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısı Adil Vəliyev, YAP Sabunçu rayon Təşkilatının sədri Araz Xudadanov, Rayon İcra Hakimiyyəti başçısının müavinləri və əməkdaşları, Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi və Bakı şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin 9 saylı sahəsinin nümayəndələri ilə birlikdə Kürdəxanı qəsəbəsində növbəti ağacəkmə aksiyası keçirildi.
Aksiya çərçivəsində ümumilikdə 1000-ə yaxın ağac əkildi. Sözügedən Sərəncamın icrası ilə əlaqədar Sabunçu rayonu ərazisində payız mövsümü ərzində 20000-dən çox ağacın əkilməsi nəzərdə tutulmuşdur.