Sabunçu rayonunda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib
15 oktyabr 2024 | 10:05
Möhtərəm Prezident İlham Əliyevin Azərbaycanda 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında Sərəncamına uyğun olaraq 12.10.2024-cü il tarixində Sabunçu Rayon İcra Hakimiyyətinin, Balaxanı Əməliyyat Şirkətinin birgə təşkilatçılığı ilə Balaxanı qəsəbəsində, Sabunçu Rayon İcra Hakimiyyəti, Bakı şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin 9 saylı sahəsi və Sabunçu Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin əməkdaşları ilə birlikdə Zabrat və Nardaran qəsəbələrində növbəti ağacəkmə aksiyası keçirilmişdir. Aksiya çərçivəsində ümumilikdə 1000-ə yaxın ağac əkilmişdir.
Onu da qeyd edək ki, sözügedən Sərəncamın icrası ilə əlaqədar Sabunçu rayonu ərazisində payız mövsümü ərzində 20000-dən çox ağacın əkilməsi nəzərdə tutulmuşdur.
Onu da qeyd edək ki, sözügedən Sərəncamın icrası ilə əlaqədar Sabunçu rayonu ərazisində payız mövsümü ərzində 20000-dən çox ağacın əkilməsi nəzərdə tutulmuşdur.