Sabunçu rayonunda "Yaşıl dünyamızı birlikdə qoruyaq, gələcəyimizə sahib çıxaq!" adlı tədbir keçirildi.
31 may 2024 | 13:00
31.05.2024-cü il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, 295 nömrəli tam orta məktəbdə "Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “1 İyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü"nə həsr olunmuş "Yaşıl dünyamızı birlikdə qoruyaq, gələcəyimizə sahib çıxaq!" adlı tədbir keçirildi.
Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Rəna Vəliyeva, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İnkişaf layihələri sektorunun müdiri Günay Qurbanova, Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Ədalət Teymurov, Rayon İcra Hakimiyyəti başçısının Nardaran qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Məhəmməd Əsədov, Sabunçu Rayon Polis İdarəsinin 42-ci Polis bölməsinin rəisi polis polkovnik leytenantı Xosrov Şükürov, “Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyi"nin sədri Arzu Bağırova, Azərbaycan Dillər Universitetinin professoru Şəfəq Abdullayeva, məktəbin müəllim və şagird heyəti və digər qonaqlar iştirak etdilər.
İlk olaraq tədbir iştirakçıları Ulu Öndərin büstü önünə gül dəstələri düzərək əziz xatirəsini ehtiramla yad etdilər.
Daha sonra uşaqların əl işlərindən ibarət sərgiyə baxış keçirildi.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra tədbir iştirakçıları ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda qəhrəmancasına şəhid olan vətən övladlarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.
Tədbir məktəbin şagirdlərinin təqdimatında rəngarəng bədii proqramla davam etdi.
Çıxış edən 295 nömrəli tam orta məktəbin direktoru Dilarə Cəbrayılova, Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Rəna Vəliyeva və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İnkişaf layihələri sektorunun müdiri Günay Qurbanova uşaqları “1 İyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü" münasibətilə təbrik edərək bugün ölkəmizdə uşaqların hərtərəfli şəxsiyyət və layiqli vətəndaş kimi formalaşması üçün əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət-uşaq siyasətinin cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğuladılar.