Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda “Zirvəyə gedən yol” adlı məktəblilərarası intellektual yarış keçirildi

26 aprel 2023 | 10:15

26.04.2023-cü il tarixdə “Heydər Əliyev İli” çərçivəsində Bakı Şəhər İcra Hakimiyyəti, Sabunçu Rayon İcra Hakimiyyəti və Sabunçu rayonu, 170 nömrəli tam orta məktəbin birgə təşkilatçılığı ilə “Zirvəyə gedən yol” adlı məktəblilərarası intellektual yarış keçirildi.

Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Rəna Fərəcova, Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının İctimai-siyasi, humanitar məsələlər və dini qurumlarla iş şöbəsinin müdiri Elmin İmanov və şöbənin əməkdaşı Mirtural Mirsultanov, Sabunçu Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul əməkdaşları, məktəb direktorları, müəllim və şagird heyəti iştirak edirdilər.

Çıxış edən Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Rəna Fərəcova, Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının İctimai-siyasi, humanitar məsələlər və dini qurumlarla iş şöbəsinin müdiri Elmin İmanov, Sabunçu rayonu, 170 nömrəli tam orta məktəbin direktoru Ülviyyə Aslanova və məktəbin tarix müəllimi Niyaməddin Quliyev iştirakçılara uğurlar arzulayaraq bildirdilər ki, “Heydər Əliyev İli” çərçivəsində Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar keçirilən intellektual yarış Ulu öndər Heydər Əliyevin zəngin, mənəvi-siyasi irsini araşdırmaq, təbliğ etmək və gənc nəslin vətənpərvər ruhda yetişməsinə dəstək olmaq məqsədi daşıyır.

Qeyd edək ki, Sabunçu rayonu, 80 nömrəli tam orta məktəbin “Birlik”, 112 nömrəli tam orta məktəbin “Zəfər”, 170 nömrəli tam orta məktəbin “Turan”, 215 nömrəli tam orta məktəbin “Yaşma”, 310 nömrəli tam orta məktəbin “Dəmir Yumruq”, 271 nömrəli tam orta məktəbin “Gənc liderlər” və 72 nömrəli məktəb-liseyin “Şuşa” komandaları arasında keçirilən intellektual yarışda 310 nömrəli tam orta məktəbin komandası yüksək nəticə göstərərək qalib olmuşdur.

Tədbir müəllim və şagird heyətinin təqdimatında musiqi nömrələri ilə davam etmişdir.

Tədbirin sonunda komandalar diplomlarla təltif olunmuşdur.

 

Keçidlər