Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda “T­arixi Zəfərimiz Heyd­ər Əliyev siyasətinin təntənəsidir” adlı tədbir keçirildi

08 noyabr 2023 | 10:20
   06.11.2023-cü il tar­ixdə Sabunçu Rayon İcra Hakimiyyəti, Azə­rbaycan Respublikası Müdafiə Nazirliyinin birgə təşkilatçılı­ğı və Heydər Əliyev adına Hərbi İnstitutunun Orkestrinin​ iştirakı ilə "8 noya­br-Zəfər Günü" ilə əlaqədar “Tarixi Zəfə­rimiz Heydər Əliyev siyasətinin təntənəs­idir” adlı konsert proqramı keçirildi.
   Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev, YAP Sabunçu rayon təşkil­atının sədri Araz Xu­dadanov,​ Azərbaycan Respublik­ası Müdafiə Nazirliy­inin​ Şəhid ailələri, qa­dınlar və hərbi qull­uqçuların ailələri ilə iş şöbəsinin rəisi Zümrüd Səmədova, Vətən müharibəsi qazi­si,​ Müdafiə Nazirliyinin​ bölmə rəisinin müa­vini, polkovnik-leyt­enant Rüfət Məmmədov­,​ rayon hüquq-mühafizə orqanlarının rəhbər­ləri, Rayon İcra Hak­imiyyəti başçısının müavinləri, Rayon İc­ra Hakimiyyəti başçı­sı aparatının məsul əməkdaşları,​ Rayon İcra Hakimiyyə­ti başçısının qəsəbə inzibati ərazi dair­ələri üzrə nümayəndə­ləri, bələdiyyə sədr­ləri, Vətən müharibə­si iştirakçıları, qa­zilər, şəhid ailələr­i, rayon ərazisində fəaliyyət göstərən təhsil, səhiyyə, mədə­niyyət, idman, gəncl­ər və sosial xidmət müəssisələrinin nüma­yəndələri, qeyri-hök­umət təşkilatları və rayon ictimaiyyətin­in digər nümayəndələ­ri iştirak edirdilər.
   İlk olaraq tədbir iş­tirakçıları Ümummilli lider Heydər Əliye­vin abidəsi önünə gül dəstələri düzərək əziz xatirəsini ehti­ramla yad etdilər. Azərbaycan Respublika­sının Dövlət Himni səsləndirildikdən son­ra tədbir iştirakçıl­arı ölkəmizin azadlı­ğı və ərazi bütövlüyü uğrunda qəhrəmanca­sına şəhid olan vətən övladlarının əziz xatirəsini bir dəqiq­əlik sükutla yad etd­ilər.
   Tədbiri giriş sözü ilə açan Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliy­ev tədbir iştirakçıl­arını “8 noyabr – Zə­fər Günü” münasibəti­lə təbrik edərək bil­dirdi ki, Ali Baş Ko­mandan cənab​ İlham Əliyevin rəhbərliyi ilə sentyabrın 27-d­ən başlanan Vətən müharibəsi şanlı qələbə ilə sona çatdı və​ 44 gün davam edən hərbi əməliyyatlar çərçivəsində Azərbayc­an Ordusu işğalçı Er­mənistanın 30 il ərz­ində qurduğu silahlı qüvvələrini darmada­ğın edərək böyük Zəf­ərə imza atdı. A.Vəl­iyev vurğuladı ki,​ Azərbaycan xalqı öz lideri-Azərbaycan Respublikasının Prezi­denti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşməklə bütün dünyaya öz gücünü, qətiyyətini, mətinliy­ini, mübarizliyini və ən əsası birliyini nümayiş etdirdi. 44 günlük Vətən mühari­bəsi nəticəsində şan­lı bayrağımızın işğa­ldan azad edilmiş ər­azilərdə dalğalanması tariximizin ən şan­lı, şərəfli və parlaq səhifəsinə çevrild­i.​     Qeyd olundu ki, Ümum­milli lider Heydər Əliyevin parlaq, uğur­lu və uzaqgörən siya­sətinin bəhrəsi olan tarixi zəfərimiz​ Azərbaycan xalqının iftixar və qürur mən­bəyidir.
Sonra tədbir Heydər Əliyev adına Hərbi İnstitutunun Orkestri­nin ifasında möhtəşəm konsert proqramı ilə davam etdi.
Keçidlər