Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda “Azərbaycan mənim ürəyimdir!” mövzusunda rəsm müsabiqəsinin mükafatlandırma mərasimi keçirildi

04 may 2023 | 16:46
   04.05.2023-cü il tarixdə Bakı Gənclər Mərkəzinin qarşısında yerləşən istirahət parkında Sabunçu Rayon İcra Hakimiyyəti və Azərbaycan Rəssamlar İttifaqının birgə təşkilatçılığı, Sabunçu rayon bələdiyyələrinin dəstəyi ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi və 2023-cü il "Heydər Əliyev İli" ilə əlaqədar Bakı şəhəri, Sabunçu rayon məktəbliləri arasında “Azərbaycan mənim ürəyimdir!” mövzusunda rəsm müsabiqəsinin mükafatlandırma mərasimi keçirildi.
   Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyətinin başçısının müavini Rəna Fərəcova, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Məktəbdənkənar fəaliyyətlərin təşkili sektorunun müdiri Günay Qurbanova, Azərbaycan Respublikasının Xalq Rəssamı, professor Arif Hüseynov, Azərbaycan Respublikasının Xalq Rəssamı, professor Sirus Mirzəzadə, sənətşünas, Azərbaycan Dövlət Rəsm Qalereyasının böyük elmi işçisi Ziyarət Cabarova, Sabunçu rayon ümumtəhsil müəssisələrinin direktorları,  şagird və müəllim heyəti iştirak edirdilər.
   İlk olaraq tədbir iştirakçıları Ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək əziz xatirəsini ehtiramla yad etdilər.
  Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra tədbir iştirakçıları Vətənin azadlığı və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.
   Məktəblilərin mövzu ətrafında hazırladıqları rəsm əsərlərinə baxış keçirildikdən sonra çıxış edən Sabunçu Rayon İcra Hakimiyyətinin başçısının müavini Rəna Fərəcova bildirdi ki, rəsm müsabiqəsinin məqsədi yetişməkdə olan gənc nəslin nümayəndələrinə Heydər Əliyev irsini, məfkurəsini aşılamaq, mübarizliyi, əzmkarlığı, uzaqgörənliyi gənc  rəssamlarımızın düşüncəsində, baxışlarında, təfəkküründə və ürəklərində necə gördüklərini nümayiş etdirib sərgiləməkdir.
   Daha sonra çıxış edən Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Məktəbdənkənar fəaliyyətlərin təşkili sektorunun müdiri Günay Qurbanova və Azərbaycan Respublikasının Xalq Rəssamı, professor Arif Hüseynov bu kimi layihələrin gənclərin vətənpərvər ruhda yetişməsində mühüm əhəmiyyət kəsb etdiyini vurğuladılar.
   Tədbir “Azərbaycan mənim ürəyimdir!” mövzusunda keçirilən rəsm müsabiqəsinin qalibləri və iştirakçılarının mükafatlandırılması mərasimi ilə davam etdi. 
Qeyd edək ki, müsabiqənin şəffaf, obyektiv və ədalətli keçirilməsi üçün Sabunçu Rayon İcra Hakimiyyətinin müraciəti əsasında Azərbaycan Rəssamlar İttifaqının nümayəndələrindən ibarət münsiflər heyəti yaradılmışdır. Münsiflər heyətinin yekun qərarına əsasən, Balaxanı qəsəbəsi, 69 nömrəli tam orta məktəbin 9e sinif şagirdi Əlixanova Roza I, Nardaran qəsəbəsi, 295 nömrəli tam orta məktəbin 7b sinif şagirdi Əlizadə Rübab II yer və Sabunçu qəsəbəsi, 215 nömrəli tam orta məktəbin 9c sinif şagirdi Əsgərli Ayişə III yerə layiq görüldülər. Bundan başqa,  “Ən yaxşı Heydər Əliyev portreti” nominasiyasına görə Sabunçu qəsəbəsi, 67 nömrəli tam orta məktəbin 5ğ sinif şagirdi İbrahimova İrəm, “Ən gənc iştirakçı” nominasiyasına görə Sabunçu qəsəbəsi, 148 nömrəli tam orta məktəbin 5c sinif şagirdi Matar Abdulkərim, “Ən yaxşı kompozisiya” nominasiyasına görə Sabunçu qəsəbəsi, 170 nömrəli tam orta məktəbin 7c sinif şagirdi Mahmudova Əfsanə, “Ən yaxşı rəngkarlıq” nominasiyasına görə Bakıxanov qəsəbəsi, 169 nömrəli tam orta məktəbin 8a sinif şagirdi Qasımova Natavan və “Ən yaxşı qrafika” nominasiyasına görə Nardaran qəsəbəsi, 295 nömrəli tam orta məktəbin 9b sinif şagirdi Kərimova Lalə təltif olundular. O cümlədən, Bakıxanov qəsəbəsi, 74 nömrəli tam orta məktəbin 8c sinif şagirdi Qadıyeva Ruqiyyə, Maştağa qəsəbəsi, 255 nömrəli tam orta məktəbin 8d sinif şagirdi Baxşıyeva Zəhra və Sabunçu qəsəbəsi, 148 nömrəli tam orta məktəbin 5a sinif şagirdləri Fətullayev Kənan, Quliyev Riad və  8b sinif şagirdi Həsənzadə Vüsal “Həvəskar” nominasiyasına görə təltif olundular.
   Müsabiqədə iştirak edən digər şagidlərə isə Sabunçu rayon bələdiyyələri tərəfindən iştirakçı sertifikatları təqdim olundu. 
Keçidlər