Sabunçu rayonunun bələdiyyələrində yaradılmış Gender məsələləri və məişət zorakılığı ilə mübarizəyə dair Komissiyaların fəaliyyəti barədə görüş keçirildi
14 aprel 2022 | 17:58
14.04.2022-ci il tarixdə Sabunçu Rayon İcra Hakimiyyətində Sabunçu rayonu bələdiyyələrinin nəzdində yaradılmış Gender məsələləri və məişət zorakılığı ilə mübarizəyə dair Komissiyaların fəaliyyəti barədə görüş keçirildi.
Görüşdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini, Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə Monitorinq Qrupunun rəhbəri Rəna Fərəcova, Sabunçu rayon bələdiyyələrinin sədrləri, bələdiyyələrin nəzdində yaradılmış Gender məsələləri və məişət zorakılığı ilə mübarizəyə dair Komissiyaların üzvləri və Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə Monitorinq Qrupunun üzvləri iştirak edirdilər.
Görüş zamanı Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini, Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə Monitorinq Qrupunun rəhbəri Rəna Fərəcova məlumat verərək bildirdi ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Bələdiyyələrlə İş Mərkəzi və Sabunçu Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə məişət zorakılığı ilə mübarizə çərçivəsində risk qrupuna daxil olan ailələrin aşkar edilməsi, onlarla profilaktiki iş aparılması və zorakılıq qurbanlarına zəruri psixoloji və hüquqi dəstəyin göstərilməsi məqsədilə pilot layihə olaraq ilk dəfə Sabunçu rayonu üzrə bütün bələdiyyələrin nəzdində Gender məsələləri və məişət zorakılığı ilə mübarizəyə dair Komissiyalar fəaliyyətə başlamışdır. Qeyd olundu ki, Sabunçu rayonunda həyata keçirilən “Susma, səsini eşitdir!” adlı layihə çərçivəsində rayon üzrə bütün bələdiyyələrin inzibati binalarında xüsusi qutular yerləşdirilmişdir. Məişət zorakılığına məruz qalan, həmçinin bənzər hallara şahid olan, lakin aidiyyəti qurumlara vaxtında müraciət etməkdən çəkinən vətəndaşlar yaşadıqları ərazi üzrə bələdiyyənin inzibati binasına yaxınlaşaraq öz şikayətlərini məktub şəklində həmin qutuya daxil edirlər. Daxil olan müraciətlərin araşdırılması və müvafiq tədbirlərin görülməsində bələdiyyələrin nəzdində yaradılmış komissiyalar Sabunçu Rayon İcra Hakimiyyətində fəaliyyət göstərən Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə Monitorinq Qrupu, həmçinin hüquq-mühafizə orqanları ilə birgə iş aparır. R.Fərəcova vurğuladı ki, məişət zorakılığı ilə mübarizə istiqamətində müdafiə mexanizminin gücləndirilməsi və təcrübi biliklərin artırılması məqsədilə komissiya üzvləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən mütəmadi olaraq təlimlərə cəlb olunur.
Daha sonra Gender məsələləri və məişət zorakılığı ilə mübarizəyə dair Komissiyaların üzvləri cari il ərzində komissiyaya daxil olmuş müraciətlər və onların həlli istiqamətində görülmüş işlər barədə ətraflı məlumat verdilər.
Sonda Gender məsələləri və məişət zorakılığı ilə mübarizəyə dair Komissiyaların fəaliyyətinin artırılması məqsədilə əhali arasında maarifləndirmə işlərinin gücləndirilməsi, əlaqədar qurumlarla birgə rayon üzrə risk qrupuna daxil olan ailələrlə fərdi qaydada iş aparılması və qabaqlayıcı tədbirlərin görülməsi istiqamətində təkliflər dinlənildi.