Sabunçu rayonunun bələdiyyələrində yaradılmış Gender məsələləri və məişət zorakılığı ilə mübarizəyə dair Komissiyaların fəaliyyəti barədə toplantı keçirildi
11 mart 2025 | 15:46
11.03.2025-ci il tarixdə Bakı Gənclər Mərkəzində Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini, Məişət zorakılığının qarşısının alınması sahəsində Monitorinq və əlaqələndirmə qrupunun sədri Rəna Vəliyeva, Sabunçu rayon bələdiyyələrinin sədrləri və Məişət zorakılığının qarşısının alınması sahəsində Monitorinq və əlaqələndirmə qrupunun üzvlərinin iştirakı ilə Sabunçu rayonu bələdiyyələrinin nəzdində yaradılmış Gender məsələləri və məişət zorakılığı ilə mübarizəyə dair Komissiyaların fəaliyyəti barədə toplantı keçirildi.
Toplantıda Gender məsələləri və məişət zorakılığı ilə mübarizəyə dair Komissiyaların yenidən formalaşdırılması, Komissiyaların fəaliyyətinin artırılması məqsədilə əhali arasında maarifləndirmə işlərinin gücləndirilməsi, əlaqədar qurumlarla birgə rayon üzrə risk qrupuna daxil olan ailələrlə fərdi qaydada iş aparılması və qabaqlayıcı tədbirlərin görülməsi istiqamətində təkliflər dinlənildi və qarşıda duran məqsədlər müzakirə olundu.