Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunun ən qocaman sakini 99 yaşlı Böyükxanım Xalıqova ilə görüş keçirildi

30 sentyabr 2022 | 14:49
   30.09.2022-ci il tarixdə Sabunçu Rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyi və Sabunçu rayonunun Maştağa qəsəbə Bələdiyyəsinin birgə təşkilatçılığı ilə “1 oktyabr - Beynəlxalq Ahıllar Günü” münasibətilə rayonun Maştağa qəsəbəsində yaşayan ən qocaman sakini 99 yaşlı Xalıqova Böyükxanım İmaməli qızı ilə görüş keçirildi.
   Görüşdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Rəna Fərəcova, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin İdarə heyəti sədrinin müşaviri Vüqar Əliyev, Sabunçu Rayon İcra Hakimiyyəti başçısı aparatının şöbə müdiri Ədalət Teymurov, Rayon İcra Hakimiyyəti başçısının Maştağa qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Fərid Məmmədəliyev, Maştağa qəsəbə Bələdiyyəsinin sədri Mikayıl Məmmədov və B.Xalıqovanın ailə üzvləri iştirak edirdilər.
   Söhbət zamanı bildirildi ki, böyüklərə hörmət və qayğı hər bir insanın mənəvi borcudur. Cəmiyyətdə əxlaqi dəyərlərin təbliğində, məhz böyüklərə hörmət, qayğı hissinin formalaşdırılması vacib məsələlərdəndir. BMT-nin Baş Assambleyasının 1992-ci ildə qəbul etdiyi Qətnaməyə əsasən təsis olunan Beynəlxalq Ahıllar Gününün keçirilməsində başlıca məqsəd ailə və icmaların, eləcə də cəmiyyətin həyatında ahıl və yaşlıların iştirakını fəallaşdırmaq, onların hüquq və ehtiyaclarını diqqətə çatdırmaqdır.
   Qeyd olundu ki, Ümummilli lider Heydər Əliyev tərəfindən ahıl insanlara, onların sosial müdafiəsinə daim xüsusi diqqət və qayğı göstərilmişdir. Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən və daha da gücləndirilən bu siyasət ahıl insanlarımızın etibarlı sosial müdafiəsinə yönələn tədbirlərin ildən-ilə geniş miqyas almasına imkan vermişdir.
   Sonda xatirə şəkli çəkildi.
Keçidlər