Sabunçu rayonunun Maştağa qəsəbəsində övladlarını təhsildən yayındıran valideynlərlə görüş keçirildi
09 dekabr 2023 | 18:53
Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı”nın müvafiq bəndlərinin icrası və uşaqların təhsildən yayınmasının qarşısının alınması məqsədilə 09.12.2023-cü il tarixdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısı yanında Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiya və Sabunçu rayon Polis İdarəsinin birgə iştirakı ilə Sabunçu rayonu, Maştağa qəsəbəsi, Ə.Vahid adına 293 saylı tam orta məktəb üzrə övladlarını təhsildən yayındıran valideynlərlə görüş keçirildi.
Görüşdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini, Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın sədri Rəna Vəliyeva, Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis bölməsinin Yetkinlik yaşına çatmayanlarla profilaktik iş üzrə baş inspektoru, polis mayoru Rafiq İsmayılov, Maştağa qəsəbəsi, Ə.Vahid adına 293 saylı tam orta məktəbin direktoru Rövşən Qasımov, Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın üzvləri və valideynlər iştirak edirdilər.
Görüş zamanı valideynlərlə profilaktik söhbət aparıldı, təhsildən yayınmaya səbəb olan hallar araşdırıldı, valideynlərə azyaşlıların təhsil hüququ barədə məlumat verildi və təhsildən yayınma hallarının qarşısının alınması istiqamətində müvafiq tövsiyələr verildi.
Qeyd edək ki, Komissiya tərəfindən rayonun digər qəsəbələrində də valideynlərlə görüşlərin keçirilməsi nəzərdə tutulmuşdur.