Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunun ümumtəhsil məktəblərində “Son Zəng” tədbirləri keçirildi

14 iyun 2024 | 07:50
14.06.2024-cü il tarixdə bütün respublikada olduğu kimi Sabunçu rayonunun ümumtəhsil məktəblərində də “Son Zəng” tədbirləri keçirildi.
Rayonun ümumtəhsil məktəblərində keçirilən "Son Zəng" tədbirlərində Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Rayon İcra Hakimiyyəti başçısının qəsəbə inzibati ərazi dairələri üzrə nümayəndələri, bələdiyyə sədrləri, şəhid ailələri, qazilər və rayon ictimaiyyətinin digər nümayəndələri iştirak edirdilər.
Çıxış edən qonaqlar “Son Zəng” münasibətilə məzunları təbrik edərək onlara yeni həyat mərhələsində uğurlar arzuladılar.
Tədbirlər şagirdlərin hazırladıqları “Son Zəng” ədəbi-bədii kompozisiyaları ilə davam etdi.
Keçidlər