Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçuda Mədəniyyət Mərkəzində valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün “1 İyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü”nə həsr olunmuş “Hərəmiz bir çiçək” adlı tədbir keçirilmişdir

31 may 2025 | 11:53
   31.05.2025-ci il tarixdə Sabunçu Rayon İcra Hakimiyyəti və Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin H.Abbasov adına Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə Mədəniyyət Mərkəzində valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün “1 İyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü”nə həsr olunmuş “Hərəmiz bir çiçək” adlı tədbir keçirilmişdir.
    Tədbirdə H.Abbasov adına Mədəniyyət Mərkəzinin “Günəşim” adlı Xalq teatrının üzvləri tərəfindən göstərilən “Tülkü və Canavar” adlı tamaşa balaca tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanmışdır. Tədbirdə gənc və həvəskar müğənnilər Kənan Quliyev və Ayan Quliyeva, Dəniz Aydəmirova, Zöhrab Zeynalzadə, Milana İbrahimova, Aybəniz Qasımzadənin ifasında səslənən mahnılar tədbirə daha da rəngarənglik qatmışdır. Müxtəlif nağıl personajlarından ibarət əyləncəli proqram uşaqlara bayram əhval-ruhiyyəsi bəxş etmişdir.
Keçidlər